Xızıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs yaxalanıb

Xızıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs yaxalanıbXızı Rayon Polis Şöbəsinin əməkdaşları taksi sürücülərinə qarşı törədilən dələduzluq faktının üstünü açıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə vətəndaşlardan daxil olan müraciətlər əsasında Elnur Əsgəroğlu saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs ayrı-ayrı vaxtlarda taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan taksi sürücüləri ilə telefon ilə əlaqə saxlayaraq onları Xızı rayon Mərkəzi Xəstəxanasına yönləndirib. Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə ayrı-ayrılıqda 630 manat, 55 manat və əlavə olaraq 40 manat ödəniş etmələrini xahiş edib və bunun üçün onlara iki ədəd bank hesabı nömrəsi göndərib. İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və yol pulunu onlara qaytaracağını vəd edib. Lakin sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs bundan başqa da ayrı-ayrı vaxtlarda taksi sürücülərinə qarşı eyni əməli törədib. Bütün toplanmış materiallar əsasında E.Əsgəroğlu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub və Xızı rayon məhkəməsinin qərarı ilə 30 gün müddətində həbs edilib.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1938   Tarix: 14 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini

19 oktyabr
.

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 3395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyəti

4 noyabr
.

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

5 oktyabr
.

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. -a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziy

13 noyabr
.

Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye

8 oktyabr
.

Novruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu

19 oktyabr
.

Qubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü

Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi

29 sentyabr
.

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr

7 oktyabr
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr