"40 min AZN vəsait yığılır, amma..." - "AKKORD"un tikdiyi binadan ŞİKAYƏT
"AKKORD" Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyində yerləşən 11 mərtəbəli 76-cı bina sakinlərindən saytımıza şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına görə, Bakı-Sumqayıt şossesinin 7-ci km-də yerləşən bu binada 2 aydan çoxdur ki, həllini tapmayan lift problemi var.
Sakinlərin bir çox digər narazılıqları da var.
Bildirilir ki, hazırda sözügedən şəhərcikdə 4300-ə yaxın mənzil mövcuddur. Zirzəmilər suyun içindədir, natəmizlik baş alıb gedir. Eyni zamanda, blokda işıqlandırma yoxdur. Sakinlər bir çox problemləri öz vəsaitləri hesabına həll edirlər. Bu mənzillərin komendantı tərəfindən hər ay kommunal xərclər üçün minimum 40 min AZN vəsait yığılsa da, heç bir iş görülmür.
Hazırda sakinlərin ən qlobal problemi lift problemidir. Bu mənzildə yaşayan yaşlı və xəstə insanlar daha çox əziyyət çəkirlər.
Qeyd edək ki, şəhərcikdə işıqların və suyun tez-tez kəsilməsi, eləcə də digər məsələlərlə bağlı mütəmadi olaraq şikayətlər işıqlandırılsa da, problemlər öz həllini tapmır. Digər tərəfdən, şəhərcikdəki binaların hamısı qazla təmin edilməyib.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2384 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak
11 maySon dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib. Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxs
10 mayAvtomobil dirəyə çırpıldı - 5 yaralı var
Göygöldə avtomobil işıq dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, qəza zamanı 5 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım edilib, müalicələri davam etdirilir. Həmin şəxslər rayon sakinləri Cavid Bəylərov 2001-ci il, Vilayət Bəylərov 2001-ci il, Əmrah İsmayılov 200-ci il, 2003-c
11 mayİkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətini
11 may2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü
Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb
11 mayPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 may