Bakı məktəblərində istilik problemi: "Uşaqlar evə xəstə qayıdır"
Bakıda bir sıra təhsil müəssisələrində əyani təhsil bərpa olunsa da, istilik problemi hələ də həll olunmayıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına valideynlər və təhsil müəssisələrində çalışan işçilər tərəfindən müraciətlər daxil olub.
Belə ki, paytaxtın Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə, Nəsimi rayon S.Hacıyev adına 5 nömrəli məktəbdə, Xətai rayonu Z.Yusifov adına 194 nömrəli tam orta məktəbdə, eləcə də Xətai rayonu M.Əsədov adına 29 saylı orta məktəbdə istilik sistemləri noyabrın 15-dən aktiv hala gətirilməli olsa da, hələ də qoşulmayıb.
Valideynlər uşaqların məktəbdə soyuqlayıb, xəstələndiyini iddia edərək, istiliklə bağlı problemin həll olunmasını tələb edirlər: "Oxumağa gedən uşaqlar evə xəstə qayıdır".
Onu da qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyi Oxu.Az-ın sorğusunu cavablandırıb.
Açıqlamada bildirilib ki, bir sıra məktəblərdə istilik təminatı ilə bağlı qarşıya çıxan müəyyən problemlərin aradan qaldırılması istiqamətində "Azəristilik" ASC və "Azəriqaz" İB ilə birgə əməkdaşlıq çərçivəsində işlər görülür. Məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün müvafiq tədbirlər görülür, zəruri hallarda aidiyyəti qurumlara müraciət olunur.
O da qeyd edilib ki, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 133-ü "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1186 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021