Azərbaycanda valideynlər bir uşağa hər iki babasının adını qoymaq istəyiblər
"Valideynlərdən ədəbi dil normalarına uyğun olmayan izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulmasına icazə verilməsi ilə bağlı müraciətlər alırıq".
Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, ölkədə izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulması ilə bağlı qayda olmadığına görə həmin müraciətlərə mənfi cavab verilib:
"Misal üçün, valideynlərdən uşaqlara Fatimeyi-Zəhra, Zeynəbi-Kübra kimi izafət tərkibli, eləcə də Zeynəb Zəhra, Nazim Həsən, Əkbər İmran, Sərhəd Mazan və digər bu kimi ayrı-ayrı iki adın qoyulması ilə bağlı müraciətlər daxil olur".
S.Sadıqova bildirib ki, bəzi valideynlər uşaqlarına hər iki babalarının adlarını yanaşı şəkildə ayrı yazılan iki ad kimi qoymaq istəyirlər:
"Valideyn müraciət edir ki, uşağın babasının birinin adı Sərhəd, digərinin adı Mazan olduğu üçün bu adların ikisini də övladına qoymağı düşünür. Təbii ki, dilimizin orfoqrafik qaydaları, ədəbi dil normaları və adlarla bağlı qaydalar onlara izah olunur və bu kimi adların qaydalara zidd olması onların diqqətinə çatdırılır".
"Dilimizdə Məmmədhəsən, Ələsgər, Ələkbər, Məmmədqulu və digər bu kimi bitişik yazılan adlar mövcuddur. Eləcə də mürəkkəb adlar var. Bu adların bitişik yazılması ilə bağlı heç bir problem yoxdur, çünki bitişik yazılan bu adlar lüğətimizdə də var. Amma bəzi hallarda müraciət edən valideynlər bu adları ayrı yazılması şərti ilə övladlarına qoymaq istəyirlər. Misal üçün, Məmməd Həsən, Əli Əsgər, Əli Əkbər, Məmməd Qulu və sairə şəklində. Buna qanun da icazə vermir. Yəni bu adların hər birinin ayrı-ayrı böyük hərflə yazılmasına, Azərbaycanın adlar sistemində öz əksini tapmadığına görə icazə verilmir", - professor əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1549 Tarix: 18 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak
11 maySon dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib. Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxs
10 mayAvtomobil dirəyə çırpıldı - 5 yaralı var
Göygöldə avtomobil işıq dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, qəza zamanı 5 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım edilib, müalicələri davam etdirilir. Həmin şəxslər rayon sakinləri Cavid Bəylərov 2001-ci il, Vilayət Bəylərov 2001-ci il, Əmrah İsmayılov 200-ci il, 2003-c
11 mayİkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətini
11 may2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü
Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb
11 mayPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 may