Təkmilləşdirmə kursunu bitirən zabitlər yüksək vəzifələrə təyin olundu - VİDEO

Təkmilləşdirmə kursunu bitirən zabitlər yüksək vəzifələrə təyin olundu - VİDEOƏlahiddə Ümumqoşun Orduda növbəti dəfə təşkil edilmiş zabit heyətinin təkmilləşdirmə kursunu uğurla bitirən məzunlar yuxarı vəzifələrə təyin olunublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu münasibətlə təntənəli mərasim keçirilib.

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Polkovnik Mübariz Rzayev kurs zamanı keçirilmiş məşğələlərdə əsas diqqətin 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin öyrənilməsinə yönəldildiyini, silahlanmaya yeni daxil edilmiş ən müasir silah və hərbi texnika nümunələrinin real döyüş şəraitində tətbiq edildiyini qeyd edib.

Məzunlar adından çıxış edən mayor Amil Tağıyev kursda qazandıqları yeni taktiki bilikləri, eləcə də idarəçilik və təşkilatçılıq bacarıqlarını xidmət yerlərində uğurla tətbiq edəcəklərinə söz verib.

Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində formalaşmış peşəkar Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandı, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu. Vətən Müharibəsi bizim gücümüzü, milli iradəmizi və birliyimizi bütün dünyaya nümayiş etdirdi, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi ruhla, peşəkarlıq və qəhrəmanlıqla şərəfli missiyanı yerinə yetirdi, doğma torpaqlarımız işğaldan azad edildi.

General-polkovnik Kərəm Mustafayev qeyd edib ki, ölkəmizin dinamik inkişafı nəticə etibarı ilə Əlahiddə Ümumqoşun Ordunun döyüş arsenalının ən müasir silah və texnika təminatına, bütün parametrlər üzrə müasir standartlar səviyyəsinə yüksəlməsinə şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi, şəxsi heyətin nümunəvi xidməti və döyüş qabiliyyətinin artırılması üçün mühüm işlər görülür. Peşəkar hərbçilərin yetişdirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Orduda təşkil edilən kurslar ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb.

Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkili çəkdirilib.

Təkmilləşdirmə kursunu bitirən zabitlər yüksək vəzifələrə təyin olundu - VİDEO


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 4851   Tarix: 20 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

Polad Həşimova hansı istiqamətdən ATƏŞ AÇILDIĞI məlum oldu

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində ola

19 fevral 2025
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular

26 may 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel 2024