"Ekexpress.az" karqo şirkəti ilə bağlı ŞİKAYƏT - Şirkət bağlanırmış - FOTO
Redaksiyamıza növbəti şikayət daxil olub.
Sonxeber.az-a edilən şikayət bu dəfə "Ekexpress.az" adlı kargo şirkəti ilə bağlıdır.
Belə ki, şikayətçi Vüqar Mirzəliyev həmin şirkətdən 105 manat dəyərində 3 ədəd məhsul sifariş edib. Bağlamalar şirkətin Türkiyə anbarına çatdıqdan sonra isə müştəriyə zəng edib şirkətlərinin bağlandığını deyiblər.
Şikayətçi bildirir ki, onlar bu barədə nə "instagram"da, nə də saytlarında, ümumiyyətlə heç bir yerdə məlumat verməyiblər:
"24 oktyabr tarixində məhsul onların Türkiyədəki ofisində olub. Mən onlara zəng etdim, mənə "gərək sifariş verməzdiniz, çünki biz bağlanırıq" dedilər. Dedim ki, bu barədə nə saytlarında, nə sosial şəbəkələrdə elan yoxdur. Həmin gündən də hər həftə dediler ki, guya həftənin 6-cı günü bağlamam yola çıxır. Onlara saytda malın "xarici anbardadır" statusunda olduğunu dedikdə isə "saytımızda göstərə bilər, amma malınız yola çıxıb" deyirlər. Ən sonda boyunlarına aldılar ki, yola çıxmayıb.
Belə bir hadisə bizim başımıza başqa kargo ilə də gəlmişdi. Həmin şirkət də bağlanırdı, amma bağlamamızı digər karqoya yönəltdilər, rahat şəkildə aldıq. "Ekexpress" karqosuna da bu təklifi veririk, amma etmirlər. Dərdimizi hara deyək, bilmirik".
Sonxeber.az olaraq, məsələ ilə bağlı "Ekexpress.az" karqo ilə əlaqə saxladıq. Şirkətin əməkdaşınn sözlərinə görə, müştərilərin sifarişləri bu həftə Bakıya çatacaq:
"Türkiyə anbarımızda olan bağlamalar bu həftənin 6-cı günü, yəni 27 noyabr tarixində artıq Bakıda olacaq. Müştərilər gəlib götürə bilərlər".



Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2041 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrPeşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrBu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
26 oktyabrYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrXəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər
Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın
26 oktyabr