Pensiyaya çıxmaq istəyənlərin nəzərinə - Məbləğ artdı - VİDEO
Azərbaycanda hər il minimum pensiya artır və bu artıma uyğun olaraq pensiya kapitalı üçün nəzərdə tutulan məbləğ də artır. Çünki minimun pensiya kapitalı 144 aylıq minimum pensiya məbləğinə bərabərdir. Milli Məclisin büdcə müzakirələrində pensiya kapitalı ilə bağlı təkliflər verilib.
Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda orta pensiya müddəti 12 il nəzərdə tutulur. Vətəndaşın pensiya kapitalı da hesablanarkən məhz 12 il müddəti əsas meyar kimi götürülür.
Pensiyaların verilməsi aylıq hesabıyla ifadə olunduğu üçün 12 il müddəti 12 aya vurulur və orta pensiya müddəti 144 ay qəbul edilir. Bu hesabla minimum pensiya 200 manat olduqda pensiya kapitalı da 28 min 800 manata bərabər olur. Vətəndaş 28 min 800 manat pensiya kapitalı yığdıqdan sonra minimum pensiya almaq hüququna malik olur. Hər il minimum pensiyanın artımı fonunda bu alqoritmə əsasən pensiya kapitalı üçün nəzərdə tutulan məbləğ də artır.
Millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, vətəndaşdan tələb olunan minimum pensiya kapitalı məbləğinin hər il daha da yüksəlməməsi üçün təkliflər hazırlanıb. Deputatın sözlərinə görə, etdikləri bu təkliflə bağlı bir çox ölkələrdə mexanizmlər də mövcuddur. Bu təklif qəbul olunacağı təqdirdə, vətəndaş pensiya yaşına çatana qədər nə qədər pensiya kapitalı yığmalı olduğunu əvvəlcədən biləcək.
Qeyd edək ki, növbəti il üçün minimum pensiya məbləğinin 240 manata qaldırılması planlaşdırılır. Bu da o deməkdir ki, pensiya kapitalına tələb 34 min 560 manat olacaq ki, bu da 5760 manat artıq vəsait toplamaq deməkdir. Mövcud qanunvericilik dəyişməsə, minimum pensiya məbləği artdıqca pensiya kapitalına tələb də artacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8296 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)
Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. Qaynarinfo xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqla
11 mayAkif İslamzadənin son durumu açıqlandı
Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü
11 maySabah 30 dərəcə isti olacaq
Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 isti, gündüz 25-2
11 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 mayHərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. "Qafqazinfo" xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə baş verən il
12 mayDaha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir. xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub. Həlak olan digə
11 may