Azərbaycanda polis polkovniki həbs olundu - Görün hansı səbəbdən
Dələduzluqda təqsirləndirilən Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H. Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, polis polkovniki Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.
İttihama görə, H. Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki, H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.
2016-cı ildə H.Muradxanov həyat yoldaşı M. Muradxanovadan boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.
Bundan sonra obyekti alan qadın D. V. polis polkovnikindən şikayətçi olub. O, iddia edib ki, sabiq rəis müavini onu aldadaraq 180 min manatını ələ keçirib. Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.
H. Muradxanov uzun illər Şamaxı Polis Şöbəsində rəis müavini olub.///Apa
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Anamla atam ailə qurmağımı istəyir"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI