Xalası oğlundan hamilə qalan arvadına 10 bıçaq vurdu: "Beş aydır ayrılmışdıq"

Xalası oğlundan hamilə qalan arvadına 10 bıçaq vurdu: "Beş aydır ayrılmışdıq"Bakıda hamilə olan keçmiş arvadını qətlə yetirməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, H.Məmmədov bu il iyulun 1-də Sabunçu rayonu, Balaxanı qəsəbəsində sərxoş vəziyyətdə olarkən qısqanclıq zəminində keçmiş arvadı Lalə Məmmədovaya azyaşlı oğlunun gözü qarşısında 10-a yaxın bıçaq zərbəsi vuraraq öldürməyə cəhd edib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən H.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma zamanı qadının hamilə olduğu məlum olub.

H.Məmmədov ittiham üzrə özünü təqsirli bilib və 2010-cu ildə Lalə Məmmədova ilə evləndiyini deyib:

"Lalə ilə evliliyimizdən 2 övladımız olub. Özüm uzun müddət Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində fəhlə kimi işləmişəm. Hadisədən 5 ay əvvəl Lalə ilə qeyri-rəsmi ayrılmışıq. Lalə övladlarımla birlikdə qonşuluqda yaşayırdı, özüm isə yaxınlıqda yaşayan anamın yanına köçmüşdüm. Lalə tez-tez qonşumuz Nəcibənin evinə gedərək narkotik vasitələr qəbul edirdi və müxtəlif kişilərlə mənə xəyanət edirdi. O, düzgün yolda olmadığı üçün ayrılmışam".

Təqsirləndirilən şəxs deyib ki, bu il iyunun 30-da axşam saat 22 radələrində evdə olduğu zaman qonşuda yaşayan Lalənin evindən yad kişi səsi eşidib:

"Bərk qəzəblənərək evin pəncərəsini döydüm. Amma nə qədər döysəm də, Lalə pəncərəni açmadı. Amma bir qədər sonra üstümə qışqırdı ki, "nə var gəlmisən bura, mən səni çağırmışam? Görmək istəmirəm səni". Həmin an anladım ki, evdə yad kişi var və Lalə bu səbəbdən məni evə buraxmır. Lalənin bu hərəkətinə əsəbiləşib qərara gəldim ki, onu öldürüm. Evdəki çörək bıçağını götürüb həyətdəki hamamda gizlətdim. Səhəri gün işdən qayıtdıqdan sonra axşam saat 23 radələrində hamamda gizlətdiyim bıçağı götürüb Lalənin yaşadığı evin qapısını döydüm. Lalə qapını açdı və həyətə daxil oldum. Çöl darvazanı bağladım ki, hadisənin şahidi olmasın və evə heç kəs girə bilməsin. Bu zaman kiçik oğlum Abdulla həyətə çıxdı, mən isə ona evə girməsini söylədim. Abdulla evə girdikdən sonra mən bıçağı çıxaraq Lalənin bədəninə müxtəlif nahiyələrinə zərbələr endirdim. Lalə aldığı zərbələrdən yerə yıxıldı və bu zaman Abdulla yenidən həyətə çıxdı. Lalə yerə yıxıldıqdan sonra onun öldüyünü düşünüb evi tərk etdim. Sonra öz evimdə hamama keçərək əl-üzünü yuyub ordan çıxdım. Evdən çıxdıqdan sonra yaxınlığındakı qəbiristanlığa getdim. Orada olan zaman mülki geyimli polis əməkdaşları tərəfindən saxlanıldım".

H.Məmmədov suallara cavab verən zaman qeyd edib ki, Lalənin hadisə zamanı hamilə olduğunu bilməyib:

"Lalənin hamilə olmasını tutulandan sonra xəbərim olub. Çünki Lalədən ayrıldığım 5-6 ay idi. Onun kimdənsə hamilə olmasını zənn etmirdim".

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən L. Məmmədova deyib ki, ailə həyatı qurduqdan sonra qonşu və qohumların evlərinə xadimə olaraq gedib işləyib çörək pulu qazanıb ailəsini dolandırıb:

"Həbiblə evimizin həyətində iki ev vardı. Birində biz, birində onun anasıgil qalırdı. Əvvəllər münasibətim yaxşı olsa da, ailə həyatı qurduqdan bir müddət sonra Həbib spirtli içkiyə qurşandı. Mütəmadi olaraq spirtli içki qəbul edib evdə dava saldı, məni təhqir etdi. 2020-ci ilin əvvəllərində Həbibdən artıq ayrılmaq qərarına gəldim. Bundan sonra Həbib valideynlərinin yaşadığı evə köçdü, mən özüm isə övladlarımla evimizdə qaldıq. 2021-ci ilin aprel ayında rəsmi olaraq boşanmışıq. Boşanmağımıza baxmayaraq Həbib mütəmadi olaraq məni narahat edirdi. İçkili halda evə gələrək məni söyür, əxlaqsız təkliflər edirdi. Övladlarıma görə onu bağışlasam da, Həbiblə evlilik həyatını bərpa etmək istəmirdim".

Zərərçəkən bildirib ki, hadisə günü evdə oğlu Abdulla və qonşusunun 10 yaşlı oğlu Ravil olub:

"Gəcə saatlarında qapı döyüldü. Baxdım ki, Həbibdir. Həbib içəriyə girdikdən sonra çöl darvazanı bağladı, qapını bağladıqdan sonra "Noldu, nə fikirləşdin Lalə, barışmaq istəmirsən?" dedi. Mən isə Həbibə "Sən bir öz vid-fasonuna bax, sərxoş halda aşa-aşa gəlmisən evimə" cavab verdim. Bu zaman Həbib "100 manat verim, mənimlə bir yerdə olarsan?" deyərək, əxlaqsız təklif etdi. Mən də Həbibə "ayıb olsun, mən sənin üçün pozğun qadınam?" deyərək cavab verdim. Bu zaman həyətə oğlum Abdulla çıxdı və Həbib onu öpdükdən sonra evə girməyini dedi. Abdulla evə keçdikdən sonra Həbib evin qapısını örtdü, sonra sol əlini cibinə salaraq sağ əli ilə mənim boğazından tutub özünə tərəf fırlatdı. Qəflətən sol əlini cibindən çıxardaraq, bıçaqla qarın nahiyəmdən zərbələr vurdu. Mən özümü müdafiə etmək üçün Həbibi sol ayağım ilə itələdim. O, bunu görüb bıçaqla sol ayağıma bir neçə dəfə xəsarət yetirdi. Bu zaman səs-küyə evdən Abdulla çıxdı və aramıza girdi. Mən Abdullanı itələyərək qırağa çəkdim. Abdullanın çəkilməsini görən Həbib yenidən zərbələr endirməyə davam etdi. Həbib artıq vurduğu bıçaq xəsarətlərin məni öldürmək üçün yetəri olduğunu, artıq öldüyümü zənn edib çıxıb getdi. Bir təhər özümdə güc toplayıb anama zəng etdim. Bir müddət sonra təcili yardım gəldi və məni xəstəxanaya çatdırdı".

L.Məmmədova suallara cavab verən zaman qeyd edib ki, Həbiblə 2020-ci ilin yanvar ayından ayrıldıqdan sonra xalası oğlu ilə münasibətdə olub və həmin münasibətdən hamilə qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 6402   Tarix: 30 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust