İnsanlar arasında ÖSKÜRƏYİN artmasının səbəbi nədir?
Son vaxtlar Azərbaycanda insanlar arasında quru öskürək xəstəliyi artıb. Apteklərdə də vurğulayırlar ki, son günlərdə insanlar daha çox öskürək dərmanı alır.
Bəs bu nə xəstliyidir? Buna səbəb nədir?
Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Zakir Quliyev də bildirir ki, öskürək səbəbi ilə müraciət edənlərin sayı artıb:
"Bunun bir çox səbəbləri ola bilər. Qış ayları olduğu üçün insanların qidalanma alışqanlığı dəyişib və onlar ağır xəmir yeməklərinə üstünlük verirlər.
İnsanlar elə düşünür ki, ağır yeməklərlə qidalansalar, immunitetləri dahan güclü olar. Bu cür ağır qidalar da refluks şikayətlərini artırır. Belə xəstələrdə isə öskürək ən böyük simptomlardan biridir".
Ekspertin sözlərinə görə, öskürəyə səbəb allergiya da ola bilər.
"Fəsil dəyişkənliyi olanda allergik xəstəliklər daha da aktivləşir. Yaşlı insanlarda da öskürək şikayətinin artdığı görünür. Bu da infeksiyalarla bağlı ola bilər. Qeyd edim ki, öskürəyin indiki dövrdə daha çox artmasının iki əsas səbəbi var. Qidalanma və fəsil dəyişkənliyi".
İnfeksionist Nicat Əzimli isə qeyd edir ki, quru öskürək əsasən yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri olmaqla bir çox digər xəstəliklərdə sıx rast gəlinən simptomdur:
"Son vaxtlar pandemiya ilə bağlı daha çox koronavirus xəstəliyinin əlaməti olaraq üzə çıxır. Lakin, hazırkı aylarda mövsümlə əlaqədar olaraq digər növ infeksion törədicilər də geniş yayılıb. Bura qrip xəstəliyinin törədicisi influenza virusları və rinovirus, respirator sinsitial virus, adenovirus, parainfluenza və s. əsasən bu tip yuxarı tənəffüs yolu infeksiyalar aiddir.
Hansı ki, bunlar hər mövsüm rast gəlinən, ciddi həyati təhlükə kəsb etməyən, eləcə də epidemik xüsusiyyətləri koronavirus qədər əhəmiyyətli olmayan törədicilərdir. Yenə də bunlara qarşı da məlumatlı olmaqda fayda var. Belə ki, bu viruslar da hava-damcı yolu ilə yoluxur. Qarşısını almaq üçün koronavirusla fərdi mübarizə tədbirlərinin eynisi tətbiq olunur"./Lent.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1841 Tarix: 02 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
25 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabrXəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər
Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın
26 oktyabrPeşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrBu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
26 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabr