45 milyona yaxın insan ac qala bilər
Dünyanın 43 ölkəsindən 45 milyona yaxın insan aclıq problemi ilə üzləşə bilər.
Sonxeber.az oxu.az-a istinadən məlumatına görə, bu barədə BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin 2022-ci il üçün Qlobal Humanitar İcmalında qeyd edilir.
"Yenidən hədsiz dərəcədə yoxsulluq artmaqdadır. 43 ölkədə 45 milyon insan üçün aclıq qorxulu perspektiv olaraq qalır", - deyə sənəddə bildirilir.
Vurğulanır ki, dünyanın ən ehtiyacı olan insanlara yardım göstərmək üçün 41 milyon dollar lazımdır:
"2022-ci ildə dünyada ümumilikdə 274 milyon insan təcili yardım və müdafiə ehtiyacı ilə üzləşəcək ki, bu da ötən illə müqayisədə 17 % çoxdur. Ən çox ehtiyacı olan 173 milyon insana kömək və qoruma təmin etmək üçün 41 milyon dollara ehtiyac olması gözlənilir".
BMT baş katibinin humanitar məsələlər üzrə müşaviri Martin Qriffitsin sözlərinə görə, iqlim dəyişikliyi böhranı ilk növbədə daha çox əhalinin ən həssas təbəqələrinə zərbə vurur. Qriffits dünyanın müxtəlif yerlərində qeyri-sabitliyin daha da pisləşdiyini qeyd edərək, bununla bağlı Əfqanıstan, Efiopiya və Myanmanı xatırladıb.
"Pandemiya hələ bitməyib, yoxsul ölkələr peyvəndlərdən məhrumdur", - deyə o əlavə edib.
İcmalda dünya əhalisinin 1 %-dən çoxunun köçkün vəziyyətinə düşdüyünə diqqət çəkilir.
2022-ci ilin Qlobal İcmalına Əfqanıstan, Haiti, Yəmən, İraq, Kolumbiya, Liviya, Mali, Myanma və Ukrayna da daxil olmaqla 63 ölkə üçün 37 cavab planı daxildir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Qaraciyəri təbii yolla təmizləyən ƏSAS QİDALAR
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
Bu şəxslərə qayğanaq yemək OLMAZ
Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi