Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentləri tükənənlər çıxış yolunu bəzən başqa dövlətlərin rəhbərlərini hədəfə almaqda görürlər. Ancaq cənab Erbakan unudur ki, Azərbaycan nə onun siyasi tribunasıdır, nə də Türkiyədəki problemlərdən yayınmaq üçün istifadə ediləcək hədəf lövhəsi!
Fatih Erbakan, Azərbaycan Prezidentinin adını ağzınıza almamışdan əvvəl bir düşünün: Siz Türkiyənin hansı problemini həll etmisiniz ki, indi başqa bir dövlətin rəhbərinə siyasi əxlaq dərsi keçməyə çalışırsınız?

Siyasi populizmin ən rahat yolu budur: xalqın narazılığını götür, üzərinə bir neçə ittiham əlavə et, sonra da məsuliyyəti başqasının üzərinə at. Amma bu üsul nə problemləri həll edir, nə də siyasətçini böyük dövlət xadiminə çevirir.

Ən təəccüblüsü isə budur ki, siz iki prezident arasındakı münasibətləri öz siyasi mübarizənizin predmetinə çevirməkdən çəkinmirsiniz. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin telefon danışığını, diplomatik təmaslarını və qarşılıqlı münasibətlərini daxili siyasi ittihamlarınızın materialına çevirirsiniz. Nə üçün? Türkiyənin daxili problemlərinə Azərbaycanı da şərik etmək üçünmü?

Cənab Erbakan, öz siyasi rəqibinizlə hesablaşmaq istəyirsinizsə, bunu öz ölkənizdə edin! Azərbaycan Prezidentini Türkiyədəki siyasi mübahisələrinizə sürükləmək sizin siyasi haqqınız deyil!

Oktay Saral məsələsinə gəlincə, cənab Erbakan, siyasət elə bir yerdir ki, bu gün başqasının siyasi taleyini müzakirə edən sabah özü eyni suallarla üzləşə bilər. Oktay Saralın aqibətinin sizi də gözləyə biləcəyini unutmayın! Heç bir siyasətçi özünü siyasi hadisələrin fövqündə görməməlidir. Bu gün başqasına ünvanladığınız sərt sözlərin sabah özünüzə yönəlməyəcəyinə zəmanət yoxdur.

Amma məsələ təkcə sizin siyasi taleyiniz deyil. Məsələ Azərbaycanın suverenliyinə münasibətinizdir. Azərbaycan Türkiyənin daxili işlərinə qarışmırsa, siz də Azərbaycanın daxili siyasi qərarlarını Türkiyədəki mübahisələrin alətinə çevirməməlisiniz. Bu, xüsusi güzəşt deyil, müstəqil dövlətlər arasında münasibətlərin ən elementar prinsipidir.

Azərbaycanla Türkiyənin münasibətləri sizin siyasi hesablarınızdan, partiya maraqlarınızdan və gündəlik bəyanatlarınızdan daha böyükdür. Bu qardaşlıq ağır sınaqlardan keçib, tarixin içindən gəlib və milyonlarla insanın milli yaddaşında yaşayır. Siz bir statusla bu münasibətləri sarsıda bilməzsiniz. Ancaq məsuliyyətsiz sözlərinizlə öz siyasi yanaşmanız barədə ciddi suallar yarada bilərsiniz.

Bir şeyi də yaxşı anlayın: Azərbaycan Prezidentinin ünvanına yönələn hər əsassız ittihamı Türkiyə-Azərbaycan qardaşlığı naminə susaraq qarşılamaq məcburiyyətində deyilik. Qardaşlıq hörmət tələb edir, birtərəfli güzəşt yox!

Siz siyasi müxalifət nümayəndəsisiniz. Elə isə müxalifətçiliyinizi faktlarla göstərin, konkret həll yolları təklif edin, məsuliyyət tələb etdiyiniz yerdə özünüz də məsuliyyət nümayiş etdirin. Azərbaycan və onun Prezidenti haqqında danışmaqla Türkiyənin problemlərini həll etdiyinizi düşünürsünüzsə, yanılırsınız.

Fatih Erbakan, siyasət meydanında sərt danışmaq asandır. Əsl siyasi güc isə sözünün məsuliyyətini daşımaq, faktla danışmaq və öz ölkəsinin problemlərinə həll yolu tapmaqdır.

Ərdoğanla Əliyevin dostluğundan sizə siyasi xal çıxmaz. Azərbaycanın suverenliyini hədəfə almaqla Türkiyədəki problemlərin məsuliyyətini Azərbaycanın üzərinə qoya bilməzsiniz. Başqasının aqibətini müzakirə etməklə də öz siyasi gələcəyinizə təminat qazanmırsınız.

Azərbaycan heç kimin siyasi oyuncağı deyil. İlham Əliyev heç bir xarici siyasətçinin daxili siyasi hesablaşması üçün hədəf deyil. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq isə heç bir partiyanın seçki materialı deyil.

Əvvəl öz siyasi məsuliyyətinizi sübut edin, sonra başqalarına dərs keçin. Azərbaycanın dövlət başçısına münasibətdə isə hər kəs bilməlidir: dövlətimizin suverenliyinə və milli ləyaqətinə hörmətsizlik edən elə o ağırlıqda da cəzasını alacaqdır!

Səbuhi Abbasov
QHT sədri,
7NEWS.az saytının baş redaktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 174   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr