Qazın limiti ilə bağlı vacib xəbər - VİDEO
Məlumdur ki, soyuq havaların üstünlük təşkil etdiyi bölgələrdə daha çox qaz istehlak edilir. Nəticədə 1200 kubmetrlik ilkin limit daha tez aşılır. Amma istər aran, istərsə də dağlıq rayonların sakinləri eyni tariflə ödəniş edirlər. Bu isə qiymətlərin iqlim şəraitindən asılı olaraq müəyyən edilməsini gündəmə gətirir. Bəs fərqli bölgələr üçün fərqli qiymətlər tətbiq edilə bilərmi ? Azəriqaz İstehsalat Birliyi məsələyə aydınlıq gətirib.
"Müxtəlif iqlim şəraitinə malik bölgələrə fərqli qaz tariflərinin tətbiq edilməsi ilə bağlı məsələ gələcəkdə nəzərdən keçirilə bilər". Bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin departament rəisi Vüqar Qocayev bildirib.
Onun sözlərinə görə şəhər və rayonlar arasında temperatur göstəricilərindən asılı olaraq istər nəzərdə tutulan 1200 kub metrlik ilkin limitin, istərsə də qazın istehlak qiyməti ilə bağlı differensial, yəni fərdi yanaşmanın tətbiqi birbaşa Tarif Şurasının səlahiyyətindədir. Amma gələcəkdə bu məsələyə baxıla bilər.
Vüqar Qocayev bəzi binalarda qaz sayğaclarının bloklarda deyil, eyvanlarda quraşdırılmasına da aydınlıq gətirib. Bildirib ki, həmin sayğacların sökülməsi nəzərdə tutulmur. Çünki bu məsələ bina tikilərkən layihədə nəzərdə tutulmalı idi
Keçirilmiş mətbuat konfransında qazla təmin ediləcək yaşayış məntəqələrindən də danışılıb. Bildirilib ki, cari ildə 55 yaşayış massivi və kənddə qazlaşma işləri aparılıb. 2022-ci ildə isə daha 110 məntəqə qazlaşdırılacaq./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Qaraciyəri təbii yolla təmizləyən ƏSAS QİDALAR
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
Bu şəxslərə qayğanaq yemək OLMAZ
Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi