Həbsdən çıxandan 15 dəqiqə sonra görün nə etdi - VİDEO
Şəkidə cəzaçəkmə müəssisəsindən çıxdıqdan bir neçə dəqiqə sonra təkrar cinayət törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakininə məxsus VAZ-2107 markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib.
Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8224 Tarix: 04 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb. report-a istinadən xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M.A. Tərtər şəhərində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmala
11 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 mayBu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)
Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. Qaynarinfo xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqla
11 mayHeydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO
Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay
10 may