Azərbaycanda qadınların döydüyü 81 kişi: "Döyüldüyünü deməyə utanırlar"

Azərbaycanda qadınların döydüyü 81 kişi: "Döyüldüyünü deməyə utanırlar"Hər il dünyada və ölkəmizdə yüzlərlə qadın zorakılığa məruz qalır. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə tədbirlər, layihələr həyata keçirilir. Qadınlar daim kişilərin onlara qarşı fiziki və psixoloji şiddət tətbiq etdiklərini etiraf eləsələr də, kişilər nədənsə bundan həmişə çəkinirlər.

81 nəfər kişi zorakılığa məruz qalıb

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a açıqlamasında bildirib ki, qadınlara qarşı zorakılıq daha çox olduğu üçün qadın məsələləri önə çəkilir.

Onun sözlərinə görə, qadınların müraciətinə nisbətən, kişilərin müraciəti azdır:

"Ailə, Qadın və Uşaq məsələləri komitəsi tərəfindən bu il 81 nəfər kişinin zorakılığa məruz qalması və müraciəti qeydə alınıb. Ənənəvi olaraq, kişilər bu barədə susurlar. Bilirik ki, kişilər bəzi hallarda psixoloji zorakılığa daha çox məruz qalırlar. Ailə, gəlin-qaynana münasibətləri bəzi hallarda kişini psixoloji olaraq qeyri-stabil vəziyyətə gətirə bilir. Lakin bu istiqamətdə müraciətlər davamlı deyil. Müraciət olsa belə, sübut lazımdır. İstənilən məsələdə, hansısa əməldə sübutun təqdim olunması mütləqdir".

"Kişilər qadınların deyingən olduğunu qəbul edirlər"

M.Zeynalova bildirib ki, ənənəvi olaraq kişilər qadının, ananın, həyat yoldaşının deyingən olduğunu qəbul edirlər:

"Yaxud da həyat yoldaşlarının iqtisadi tələbləri psixoloji tərəfdən daha çox təzyiq forması alır. Amma bu barədə müraciətlər olmalıdır ki, real vəziyyət qiymətləndirilsin. Digər tərəfdən də, qadınlara qarşı zorakılıq çağırışı edəndə təkcə qadınlar yox, eyni zamanda, kişilərin də davranışının dəyişilməsi və ailədə münasibətlərin qeyri-zorakı mühitdə həll olunması barədə müraciət olur. Bir çox kişilər də etiraf edir ki, qadına qarşı zorakılıq kifayət qədər çoxdur və bunun qarşısı alınmalıdır".

"Kişilər döyüldüklərini deməyə utanırlar"

Tanınmış psixoterapevt Elmir Əkbər kişilərə qarşı şiddətin geniş yayılmış bir hal olduğunu qeyd edib:

"Onların içərisində müəyyən hissəni sırf qadınlar tərəfindən şiddətə məruz qalanlar təşkil edir. Bunu ümumi mənada deyirəm. Qadın olaraq onun anası, bacısı, həyat yoldaşı da ola bilər. Yaşlı bir kişi öz qızı tərəfindən də şiddətə məruz qala bilər. Sadəcə olaraq, Azərbaycan mentalitetində müəyyən formalaşmış adətlər var ki, məsələn, görürsünüz sısqa arıq kişi özündən çox cüssəli qadınını döyəndə belə, qadın özünü müdafiə etmək istəmir. Azərbaycanda digər dünya ölkələrinə nisbətən kişinin qadın tərəfindən şiddətə məruz qalması o qədər də çox deyil. Burada mentalitetin təsiri var və məhz bu səbəbdən kişilər bunu etiraf etməyə utanırlar".

Kişilərə qarşı ən geniş yayılmış şiddət hansıdır?

E.Əkbər çox vaxt kişinin qadın dominantlığını, manipulyasiyasını hiss etmədiyini bildirib:

"Qadınlar daha emosional varlıqlardır və bunu elə ustalıqla edirlər ki, kişinin heç xəbəri də olmur. Təbii ki, hər qadın hər kişini idarə edə bilməz. Bu o ailələrdə olur ki, orada ana dominantdır, oğlunu özündən asılı böyüdüb. Ailə quran zaman da oğlu başqa qadının təsirinə düşür, manipulyasiyasına məruz qalır. Bu qadının qızı da başqa bir kişini belə idarə edəcək və şiddətə məruz qoyacaq. Əgər, qadın və kişinin ailəsində ana dominant olubsa, onda onların ailəsi möhkəm olur. Qadın kişini idarə edir, kişi də ona tabe olur. Yeri gələndə, nəsə qadının ürəyincə olmayanda kişiyə qarşı şiddət göstərir və kişinin heç xəyalından belə keçirmir ki, bunu kiməsə desin, nəinki vəziyyəti ictimailəşdirsin. Ən çox yayılmış və daha ağır şiddət isə psixoloji və mənəvi şiddətdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1302   Tarix: 04 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentdən Ermənistanı Azərbaycandan "qorumaq" istəyənlərə SƏRT MESAJ

"Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanı

10 may
.

20 günün əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib. -a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağ

11 may
.

PA-nın rəhbəri: İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır

2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. "Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevi

10 may
.

Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə

10 may
.

Akif İslamzadənin son durumu açıqlandı

Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü

11 may
.

2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü

Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb

11 may
.

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

"Xarici ölkələrə səfər edəndə onu çox hörmətlə qəbul edirdilər, məsləhətlərinə qulaq asırdılar". Bunu ümummilli lider Heydər Əliyevin şəxsi mühafizəçisi Mahir Musayev Baku TV-yə onunla bağlı xatirələrindən danışarkən deyib. O, sözlərinə əlavə edib ki, ulu öndər dünyanın hər yerində bütün çıxışların

10 may
.

Güclü külək əsəcək

Mayın 12-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Kəlbəcər, Laçın, Zəngiland

11 may
.

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq

11 may