Gəncin eqosu həbsinə səbəb oldu: Çiyin vurmaq ölümlə nəticələndi - VİDEO
Oxu.Az 2020-ci ildə baş vermiş cinayət hadisəsinin istintaq materialları əsasında hazırlanmış materialı təqdim edir:
Həmin il yanvarın 5-də Kliniki Tibbi Mərkəzdən Binəqədi Rayon Polis İdarəsinə bıçaq yarası ilə daxil olan və dünyasını dəyişən Anar Tağıyev barəsində məlumat verilib.
Araşdırma zamanı məlum olub ki, hadisə Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında baş verib.
Binəqədi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başladılıb.
Hadisədən iki gün sonra Bakı şəhər sakinləri Vüqar Babayev və Orxan Binnətov prokurorluğa gələrək, təslim olublar. Ayın 8-də İlkin Xəlilli saxlanılıb.
İş üzrə dindirilmiş Vüqar Babayev bildirib ki, yanvarın 4-ü saat 22:00 radələrində məhəllədə yaşayan dostları Orxan və İlkinlə ayrıldıqdan bir-iki dəqiqə sonra səs-küy eşidib, geri dönüb.
Qayıdanda bilib ki, Orxan tanımadığı şəxslə çiyin-çiyinə dəyib və buna görə mübahisə başlayıb.
Bayram günləri olduğundan səbirli olmasını, hər kəsin çıxıb, öz evinə getməsini məsləhət görsə də, Anar əsas yola çıxmaqlarını və orada söhbətlərini davam etmələrini bildirib.
Telefonla kiməsə zəng edərək ucadan "qayıt geri, söhbətim düşüb" deyib.
Ağ rəngli "Hyundai" markalı avtomobil gələn kimi, Anar qabaq oturacağa əyləşib, Orxandan avtomobilə oturmasını tələb edib. Dostu sağ arxa qapını açıb, əyləşib, bu zaman İlkin onların iki nəfər olduğunu və heç yerə getməməsini bildirib. Orxan fikirləşib, tez avtomobili tərk edib. Anar və sükan arxasında olan şəxslər də avtomobildən çıxaraq, Orxanın üzərinə gediblər. Yumruq zərbələri vurub, onu yerə yıxıblar.
Vüqar Babayevin sözlərinə görə, qaranlıq olduğundan sanki Anarın əlində hansısa əşyanı görüb və bu səbəbdən bıçaqla ayağına bir zərbə vurub ki, ondan aralansın. Sonra qarşısına çıxan Ziyada da xəsarət yetirib.
Hadisədən iki gün sonra dayısı oğluna zəng edəndə, qohumu davada xəsarət alan Anarın öldüyünü və polis əməkdaşlarının onları axtardığını deyib. Buna görə də Orxana zəng edib və birlikdə könüllü rayon prokurorluğuna gedib, təslim olublar.
Təqsirləndirilən Orxan Binnətov bildirib ki, hadisə yerindən qaçdıqdan sonra atası ağır xəstə olduğundan, qorxudan evə getməyib. İki gün sonra evlə əlaqə saxlayanda bıçaqlanan şəxsin öldüyünü və polislərin onu axtardığını öyrənib.
2020-ci il aprelin 10-da Orxan Binnətov və İlkin Xəlillinin barələrində seçilmiş həbs tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərin ağır cəzalandırılmasını xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Binnətov və İlkin Xəlilliyə 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Vüqar Babayev isə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1475 Tarix: 04 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabr