Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTO

Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOElnur Əşrəfoğlu - bu ilin oktyabrında koronavirusun sevdiklərindən ayırdığı peşəkar jurnalist...

Bütün arzuları övladları ilə bağlı idi. Zöhrənin, Mətinin universitetə daxil olmasını arzulayırdı. "Qocalanda nəvələrimizi saxlayarıq, uşaqlar da özləri üçün yaşayarlar", - deyirmiş çox sevdiyi həyat yoldaşı İlahə xanıma. Nəvələrinə necə baxacağının xəyalını qururmuş…

Mərhum jurnalistin həyat yoldaşı İlahə Şükürova Modern.az-ın əməkdaşına Elnurlu xatirələrindən, onunla birlikdə xəyalını qurduğu bitib-tükənməyən arzularından danışıb.

Çətin də olsa, İlahə xanım o günləri xatırlayır. Deyir, heç bilmir Elnur virusa harada yoluxdu, necə oldu:
Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTO"Özünü həddindən artıq qoruyurdu. Maşına oturanda sükanı, oturacağı, hətta qapının hər yerini, tutacaqları dezinfeksiya edirdi. Hər yerə maska ilə gedirdi. Amma avqust ayından başlayaraq səhlənkar yanaşdı, demək olar ki, maska taxmırdı. Özünü əvvəlki kimi gözləmirdi".

Səyahət etməyi xoşlayan Elnur Əşrəfoğlunun son səfəri Yaponiyaya olub. Və elə hər şey bu səfərdən sonra başlayıb:

"Yaponiyaya Olimpiadaya getmişdi. İqlim dəyişikliyi olanda immunitet aşağı düşür. Qayıdanda immuniteti aşağı düşmüşdü və virusa yoluxdu. Böyrəyinin biri də yox idi. Çox ağır gün idi, çox... Xəstələnməzdən iki gün öncə halsız, narahat olduğunu dedi. İki gündən sonra hərarəti qalxdı. İlk gündən xəstəliyi çətin keçirdi. Hərarəti yüksək oldu. Altı gün evdə müalicə aldı. Baxmayaraq ki, ilk gündən müalicələrə başlanıldı, amma ciyərlərində 60 faiz buzlaşma yarandı.

Test verdik pozitiv çıxdı. Amma mən testdən qabaq hiss etmişdim ki, koronavirusa yoluxub.

Ən yaxşı Həkimlər Elnuru həyata qaytarmaq üçün çalışdılar. Saturasiyası düşəndə təcili xəstəxanaya yerləşdirdik. Gündən-günə vəziyyəti pisləşdi. 50 gün koronavirusla mübarizə apardı Elnur. Çox mübariz adam idi, amma bu dəfə alınmadı".

Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOİlahə xanım Elnur reanimasiyada olanda cəmi bir dəfə həyat yoldaşını görə bilib. Amma indi ona da peşmandır...

"Sözün açığı hələ də peşmanam. Elnuru heç vaxt o cür görmək istəməzdim. Kaş ki, yaddaşımda necə qalmışdısa, evdən xəstəxanaya necə yola salmışdımsa, o cür də qalardı. Məndən əlavə, qardaşı da 3 dəfə yanına gedib onu gördü.

Yanında olanda çağırdım, gözlərini açdı. Həkim soruşdu ki, tanıdın? Gözlərini "hə" mənasında yumub-açdı. Özümü cəmləşdirib, 1-2 kəlmə ancaq nəsə deyə bildim.

Mənə ən çox təsir edən o oldu ki, heç bir son söz deyə bilmədi. Ağlının ucundan belə keçirmirdi ki, xəstəxanaya gedəndən sonra aqibəti bu cür olacaq".

İlahə Şükürova özü həkim olduğundan vəziyyətin heç də yaxşı olmadığını anlayırmış. Amma ümidini üzmürmüş:

"Reanimasiyaya götürüləndən sonra vəziyyətində dəyişiklik olmadı. Əksinə, günü-gündən ağırlaşırdı. Həkim olduğumdan hər şeyi aydın görə bilirdim. Amma son dəqiqəyə kimi ümidim var idi. Allahın bir möcüzə edəcəyini gözləyirdim. Elnuru balalarına, mənə, yaşlı ata-anasına, özünün yarım qalan arzularına bağışlaması üçün Allaha dua edirdim. Təəssüf ki, olmadı... Səsimiz, dualarımız bu dəfə Allaha çatmadı...".
Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOÇətin günlər İlahə xanımı Elnur vəfat edəndən sonra da izləyib. İtirməyə qorxduğu, virusdan qorumağa çalışdığı atası, anası, bacısı da koronavirusa yoluxubmuş:

"Şükür ki, onlar problemsiz sağaldılar. Elnur həmişə atasına görə çox narahat olurdu. Əşrəf dayı ağır şəkər xəstəsidir və yüksək təzyiqdən əziyyət çəkir. Koronavirus başlayandan həmişə anasına tapşırırdı ki, atanı gözlə, qoyma çölə çıxsın, harasa getsin... Atasına görə həmişə narahat olurdu".

Övladlarından danışan İlahə xanım qızının tamam başqa bir istiqamət seçdiyini, oğlu Mətinin isə israrla atasının yolunu davam etdirəcəyini deyir.
Mərhum jurnalistin xanımı: "Kaş Elnurun son halını görməyəydim" - FOTOÇətin günündə ailənin yanında olan dostları da unutmur İlahə xanım:

"Elnurun nə yaman çox dostu var imiş, hamısı sağ olsunlar. Dostları, həmkarlarının hamısına "çox sağ olun", - deyirəm. Həm xəstə olanda onunla maraqlandılar, həm də yas mərasimlərində iştirak etdilər. Onunla bağlı xatirələrini paylaşdılar, süjetlər hazırladılar. Hər birinə təşəkkür edirəm. Elnurdan sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Sadıq Sadıqov əlaqə saxladı, maraqlandı, gəldi. Bu çətin günlərimizdə mənim yanımda olan ailəmə minnətdarlığımı bildirirəm. Mənim ailəm, Elnurun ailəsi - biz hamımız birik. Hamısı mənim övladlarımın arxasındadılar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4883   Tarix: 04 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr