Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz müqaviləsinin TƏSİRLƏRİ
Azərbaycan, Türkmənistan və İran arasında qazın svop tədarükü üzrə Aşqabadda imzalanan müqavilə bütün tərəflərə qazandıran bir razılaşmadır.
Sonxeber.az-ın məlumatına görə, bunu Beynəlxalq Araşdırmalar İnstitutunun iranlı eksperti Mehdiyə Əbülhəsəni deyib.
M.Əbülhəsəninin sözlərinə görə, bu müqavilə əsasında İran Türkmənistandan idxal etdiyi qaz üçün vəsait ödəməyəcək, bunun qarşılığında Azərbaycana qaz ixrac edəcək.
Ekspert əlavə edib ki, bu müqavilə ciddi siyasi və iqtisadi əhəmiyyət daşıyır, bu baxımdan hər üç ölkə üçün müsbət faktor hesab olunur:
"İranın İqtisadi Əməkdaşlıq Təşkilatının beş üzv ölkəsi ilə qonşudur. Üstəlik sanksiyalar şəraitindədir. Buna görə də İran mütləq qonşu ölkələrlə münasibətləri inkişaf etdirməlidir. Bu baxımdan qaz svopu üzrə müqavilə hər iki aspektdən İrana kömək edəcək", - deyə o bildirib.
M.Əbülhəsəninin fikrincə, bu müqavilə İranın Avropaya qaz ixracı üçün perspektiv də yarada bilər.
İranın Milli Neft Şirkətinin beynəlxalq məsələlər üzrə idarəsinin sabiq müdiri Məhəmməd Əli Xətibi də qeyd edib ki, İranın şimal və şimal-şərq vilayətləri ölkənin qaz şəbəkəsinin sonunda yerləşir və soyuq fəsillərdə istehlakın artması ilə həmin ərazilərdə qazın təzyiqi aşağı düşür:
"İranın bu vilayətlərində infrastruktur problemlərinə görə, qısa müddət ərzində istehlakın azaldılması üzrə hər hansı plan icra etmək mümkün deyil. Türkmənistan, İran və Azərbaycan arasında qaz svopu üzrə imzalanan müqavilə İranın şimal və şimal-şərq vilayətlərində verilən qazın təzyiqinin aşağı düşməsinin qarşısını ala bilər. Hazırkı şəraitdə bu vilayətlərə qaz verilməsi üçün alternativ yol yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.
Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək. Müqavilənin icrasına bu aydan başlanılması gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?
Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj
2 iyun 2021İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ
Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun
12 iyul 2021Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın
8 sentyabr 202120 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl
26 iyul 2021İdxal və ixrac olunan məhsullar AÇIQLANDI
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə
24 iyul 2021Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
17 may 2021