Paşayeva və Zabelin şəhid Denisin ailəsini ziyarət etdi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və komitənin üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Vətən Müharibəsinin şəhidi Denis Əliyevin ailəsini ziyarət edib, həyat yoldaşı Aynur xanım və qızı Alina ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycanın dinc yanaşı yaşamağın ən gözəl ünvanı olduğunu bildirən Komitə sədri dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı Vətən amalının birləşdirdiyini vurğulayıb.
Q.Paşayeva Denis Əliyev kimi ləyaqətli vətəndaşların, onun ailəsinin timsalında Vətənə bağlı bütün etnik topluluqların, xalqların varlığını işğalçı Ermənistanın postmüharibə dövründə də davam edən antiazərbaycan təbliğatına ən layiqli cavab kimi dəyərləndirib.
Millət vəkili Mixail Zabelin daha öncələr də, indi də həm şəhidlər, həm qazilər sırasında fərqli dinə, dilə, xalqa mənsub vətəndaşlarımızın olduğunu, onların hamısını müstəqil Azərbaycan amalının birləşdirdiyini, bundan sonra da belə olacağını söyləyib.
Hər iki millət vəkili şəhidin qızı Alinanın yalnız Əliyevlər ailəsinə mənsub olmadığını, artıq bütün vətənsevər azərbaycanlılara yadigar və əziz əmanət olduğunu bildirib.
Qeyd edək ki, şəhid Denis Əliyev general Polad Həşimov Tovuz döyüşlərində şəhid olduqdan sonra hərbi xidmətə getməklə bağlı qəti qərara gəlib, "Generalın qisasını alacam!" deyib.
O, Bakının Nizami rayon Səfərbərlik və Hərbi Çağırış İdarəsinə yollanıb və könüllü olub. Nəhayət, sentyabrda öz istəyini gerçəkləşdirən vətəncanlı Denis Əliyev yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. O, döyüşdə yaralanıb, döyüşçü dostları onu cəbhə xəttindən çıxarsa da, həyatını xilas etmək mümkün olmayıb.
Dəfnində iştirak edən döyüş yoldaşları onu qorxubilməz, hazırcavab bir insan kimi xarakterizə edib. "Səngərdə deyib-gülür, lətifə danışır, "düşməni bu dəfə elə əzəcəyik, bir də bu torpaqlara tərəf baxmayacaq" deyirmiş...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Denis Əliyev (Denis Aleksandroviç Pronin; 26.05.1989, Xətai – 06.10.2020, Cəbrayıl rayonu) Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. O, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1600 Tarix: 05 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabr