Azərbaycanda dəhşətli QƏTL: Qənd qatili ələ verdi

Azərbaycanda dəhşətli QƏTL: Qənd qatili ələ verdiBu ilin aprel ayının 5-də Şəmkir rayonun İrmaşlı kəndində baş verən qətl hadisəsinin təfərrüatı bəlli olub.

Oxu.Az istintaq materiallarına əsasən, hadisənin motivlərini təqdim edir.

Qeyd edək ki, 41 yaşlı Rəşad Tağıyev öldürdüyü 1966-cı il təvəllüdlü Aybəniz Alıyeva ilə qohum olub.

Rəşad Tağıyevin atası ilə Aybəniz Alıyevanın atası doğma əmioğlu imişlər.

İstintaqın və ekspertizanın gəldiyi nəticəyə görə, Rəşad Tağıyev cinayət törədərkən içkili olub.

Rəşad Tağıyev bu ilin aprelin 4-də işləmək üçün həmkəndlisinin xurma bağına gedərək bağın suvarılması üçün suvarma sistemi çəkib.

İşlərini saat 11 radələrində yekunlaşdıraraq evə gələrkən mağazadan 250 qramlıq araq alaraq evdə yeməklə həmin arağı içib.

O, saat 15 radələrində evdən çıxaraq kəhrizin yanına gedib və evləri tərəfə gələn suyu düzəltməyə qonşularına kömək edib.

Sonra Şəmkir rayonu İrmaşlı kəndində yerləşən kafeyə gedərək, orada özünə nisyə iki bokal pivə alaraq içib.

İçdikləri ilə kifayətlənməyən Rəşad Tağıyev daha sonra tanışları ilə yeyib-içməyə gedib. Yeyib-içdikdən sonra isə sərxoş vəziyyətdə olan Rəşad qohumu Aybəniz Alıyevaya qarşı quldurluq etmək niyyətinə düşür.

O, gecə saatlarında Aybənizin evinə qanunsuz daxil olur, Aybənizlə salamlaşır və özünə çay süzüb içir.

Söhbət əsnasında onlar arasında mübahisə yaranır. Belə ki, çay içdikdən sonra o, Aybənizə tikanlı kolu dəmir torlu hasarın çöl tərəfinə yığıb yolu daraltdığna və gediş-gəlişə mane olduğuna görə irad bildirir.

Bu vaxt Aybəniz Alıyeva ona cavab verir və onlar arasında mübahisə dərinləşir.

Aybəniz Alıyevanın dediklərini özünə ağır təhqir qəbul edərək qohumunu öldürmək qərarını qətiləşdirir.

Rəşad təhlükəli basqın edərək törədilməsini planlaşdırdığı cinayətin izlərini itirmək üçün qabaqcadan özü ilə gətirdiyi fəhlə əlcəyini əllərinə geyinir. Həmin evdə olan telefon naqilini götürərək Aybənizin boğaz nahiyəsinə keçirməklə onu boğur.

Ancaq boğmaq üçün lazım olan gücü toplaya bilmədiyindən qapının arxasında olan döşəməsilən taxtanın dəstəyini onun boğaz nahiyəsinə keçirir və özünə tərəf dartır.

Yenə də niyyətini həyata keçirə bilmir, bu zaman bıçaq götürərək Aybənizə zərbələr endirir.

Aybəniz Alıyevanı öldürdükdən sonra onun boynundakı qızıl boyunbağını, qızıl sırğaları, əlindəki qızıl üzükləri çıxarır.

İzləri itirmək üçün Aybəniz Alıyevanı qəsdən öldürərkən istifadə etdiyi cinayət alətlərini - telefon naqilini, döşəməsilən ağacın dəstəyini, tiyəsindən qırılmış mətbəx bıçağının dəstəyini, hadisə yerində olan qan ləkələrini təmizləyib sildiyi əski parçasını özü ilə götürərək evdən çıxır.

Daha sonra cinayət alətlərini tullayır. Rəşad düşünür ki, istintaq, cinayəti törədənin kimliyini müəyyən edə bilməyəcək, amma sən demə, bütün cinayətkarlar kimi Rəşad da adam öldürərkən iz qoyubmuş...

Belə ki, Aybəniz Alıyevanın qızı hadisədən sonra evə gələn zaman masanın üzərində qəndqabı görüb.

"Anam heç vaxt çayı qəndlə içməyib. Qohumumuz Rəşad bizim evə tez-tez gəlib-gedərdi, qəndlə çay içildiyini gördüyüm zaman ağlıma gəldi ki, anamı Rəşad öldürüb", -deyə mərhumun qızı ifadəsində göstərib.

Beləliklə, Rəşad istintaqa cəlb edilir və və həbs olunur.

Məhkəmə Rəşad Tağıyevi Cinayət Məcəlləsinin 120-ci maddəsinin (qəsdən adam öldürmə) maddəsinin bir neçə bəndi, eləcə də quldurluq maddəsi ilə (181-ci maddə) təqsirli bilib.

Rəşad Tağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4315   Tarix: 10 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust