Azərbaycanda DƏHŞƏT: Xəstə atasını öldürüb yandırdı, həyətdə basdırdı - YENİLƏNİB
Azərbaycanda xəstə kişinin oğlu tərəfindən öldürülməsi ilə bağlı Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, 10 dekabr 2021-ci il tarixində Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlər"lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
Dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
09:38
Gəncə şəhərində itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, dekabrın 10-da Gəncə şəhər sakini Məmmədov Məhəmməd Azad oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, atası, ruhi əsəb xəstəsi, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi barədə məlumat verib.
Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşların apardığı birgə əməliyyat tədbirləri nəticəsində itkin düşən şəxsin cəsədi yaşadığı evin həyətində tapılıb.
Davam etdirilən istintaq əməliyyat tədbirləri nəticəsində A.Məmmədovun oğlu – 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən boğularaq öldürüldüyü və evin həyətində basdırılması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3944 Tarix: 13 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml
12 sentyabrDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrİş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustBakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə
11 avqustBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabr