Bağı yandırılan, oğlu öldürülən, ilk nazir - UNUDULAN MƏMURLAR

Bağı yandırılan, oğlu öldürülən, ilk nazir - UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq Ədliyyə naziri İlyas İsmayılovdan bəhs edəcəyik.

İlyas Abbas oğlu İsmayılov 20 mart 1938-ci ildə Tovuz rayonunda dünyaya gəlib. O, Puşkin adına Tovuz şəhər orta məktəbini, 1962-ci ildə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Daha sonra Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub.

İlyas İsmayılov Elmlər Akademiyasında fəlsəfə və hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı, 2 il respublika prokurorunun köməkçisi, Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifələrinə çalışıb. 1985-1990-cı illərdə isə Azərbaycan SSR-nin Baş Prokuroru olan sabiq nazir, sonradan isə Moskva prokurorluğunda şöbə rəisi işləyib.

Sabiq nazir 1995-ci ildə tərəfdarlarıyla birgə Ədalət Partiyasını yaradıb. 1996-cı ilin 30 martında ADP-nin sədri seçilib. 2000-ci ildə isə ADP-dən ayrılaraq, Ədalət Partiyasının bərpasına başlayıb. Bir il sonra isə Ədalət Partiyasına sədr seçilib.

O, 2010-cu ildə Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilib və Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.

Sabiq nazir Azərbaycan Tibb Universitetinin professoru Zəkiyyə İsmayılova ilə evlidir. Onların Etimad və Mətin adında 2 oğlu var. Onların hər ikisi hüquqşünas olub.
Etimad İsmayılov Rusiyada işləyərkən orada həbs edilib. Həbsdən çıxdıqdan sonra isə məşhur telejurnalist Sevil Nuriyeva ilə evlənib.

Daha sonra isə onun Türkiyədə öldürülməsi xəbəri mediada böyük səs-küyə səbəb olub.

Belə ki, Etimad İsmayılov 19 sentyabr 2018-ci ildə İstanbuldakı ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs isə Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamıdır. Sabiq nazir buna səbəb Gözəl Dəmirovun oğluna borclu olmasının olduğunu bildirib. Kiçik oğlu Mətin Amerikada yaşayır.

İlyas İsmayılov zaman-zaman müsahibələrində ölkədəki bəzi sahələr haqqında öz tənqidi fikirlərini də bildirib.

O bildirib ki, yüngül əxlaqlı insanların işğalına məruz qalan, ziyalılardan uzaq tutulan televiziyalar Azərbaycanın bu gününün, sabahının mənəvi xarakterini müəyyənləşdirir. Təhsildəki problemlərlə də bağlı fikirlərini deyən sabiq nazir bildirib ki, tələbələrə faizsiz təhsil kreditləri ayrılmalıdır: "Bununla həm tələbələr ailələrindən asılı olmayaraq, oxuya, həm də ali məktəblər özlərini dolandıra bilərlər. Müəllimlərin uşaqların əlinə baxması da tarixə qovuşar, daha effektli təhsil mühiti yaranar".

2006-cı ildə sabiq nazirin evinə 2 maskalı şəxs tərəfindən hücum edilib. Hücum zamanı evin gözətçisi Habil Musayev ciddi xəsarət alıb.

Mətbuatda yayılan məlumata görə, İlyas İsmayılov Baş Prokuror işlədiyi dövrdə onun bağı bilərəkdən yandırılıb və bu zaman bağda işləyən bir neçə fəhlə həyatını itirib.

Onu da qeyd edək ki, İlyas İsmayılovun 3 il əvvəl tələbə kreditləri ilə bağlı dedikləri artıq gerçəkləşir.

Yeri gəlmişkən, İlyas İsmayılov Azərbaycanın ilk ədliyyə naziri olub.

Sabiq nazir 8 monoqrafiya və kitabın, 200-dən artıq elmi və publisistik əsərin müəllifidir. "Xalqlar dostluğu" ordeni ilə təltif edilib. Hazırda Ədalət Partiyasının sədridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5065   Tarix: 15 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr