Bakıda müəllim oğlan şagirdi "qız" kimi təqdim etdi
Bakıda 116 nömrəli məktəbdə müəllim uşağı təhqir edib.
Bu barədə iddia ilə jurnalist Röya Rəfili öz "Facebook" səhifəsində çıxış edib.
O bildirib ki, oğlunun sinif rəhbəri şagirdlərə onu qız kimi təqdim edib:
"Uşaqlar dünən məktəbə gediblər. Dəhlizdə həmin sinif rəhbəri oğlumu qardaşının yanından götürüb sinfə aparıb və sinfin qarşısında beləcə təqdim edib: "Tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib"... Oğlum deyib ki, mən qız deyiləm, oğlanam. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiniz?
Müəllimə də gülüb və uşağı qucaqlayıb... On beş dəqiqə sonra isə oğluma yaxınlaşaraq deyib ki, o gün anana da demişəm, saçını kəsdirməlisən, tez kəs, qurtul ondan. O nə saçdır, saxlayırsan? Uşaq dünən evə gələndən sonra uzun müddət ağlayıb".
O qeyd edib ki, müəllim uşağının cinsini səhv sala bilməz:
"Oğlumun geyimi oğlan üçün olanlardır, yubka yox, şalvar (idman forması tipli) geyinib, kurtkası qız üçün deyil, adı Amindir. Müəllimə nədənsə şübhələnirdisə, adını soruşa bilərdi sinfə çatana qədər, xaricdən gələn oğlan sənsənmi deyə bilərdi azından... Uşağı incitmədən cinsini soruşmağı 30 ilin pedaqoqu bilmirsə, o, nə iş görür məktəbdə? Niyə uşaqla davranış qaydalarını bilməyən insanlar doluşub məktəbə?
Dünəni birtəhər ötürüb bu gün məktəbə getmişəm. Müəllimə ilə görüşmüşəm, hirsimdən ağlamışam, sizdən şikayət edəcəyəm, uşağımı incitmisiniz demişəm, görmüşəm ki, başa düşmür.
Həqiqətən müəllimə uşağa bir sinif şagirdin qarşısında nə dediyinin fərqində deyil?! Sən 11 yaşlı oğlanı qız deyə sinif dolusu yaşıdlarına təqdim elə, sonra da de ki, bilmədim, sinfə yeni qızlar da gələcəkdilər, elə bildim bu da qızdır. Bəlkə sənin sinfinə gələn uşağın oriyentasiyası fərqlidir, intihar həddinə çatdıracaqsınız o zaman?
Oğlum bu gün məktəbə getmək istəmirdi, birtəhər başa salıb aparmışam. Bu gedişlə necə olacağını bilmirəm. Çox qorxularım var... Məsələ ilə bağlı vəkilimlə danışmışam və rəsmi şikayət etməyi düşünürəm"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3584 Tarix: 15 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrBu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
25 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabr