10 yaşlı Nərminin qətli ilə bağlı YENİ XƏBƏR
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi Lətif Quliyev şahid qismində ifadə verib.
Şahid bildirib ki, Nərmin sonuncu dəfə onların evində olsa da, evdən çıxanda onu görməyib. O, həmin vaxt yatdığını deyib. Şahidin məhkəmədə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub.
Proses dekabr 22-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5399 Tarix: 15 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrBu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
25 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabr