Azərbaycanda DƏHŞƏT: Müəllim qohumunu öldürüb, sonra yandırdı

Azərbaycanda DƏHŞƏT: Müəllim qohumunu öldürüb, sonra yandırdıGöygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 2021-ci il aprelin 14-də Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlumat yayıb.

Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb hadisənin izini itirmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün 2021-ci ilin aprel ayının 14-də Səidə Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.

Elnur Hüseynova 15 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə Yevlax rayon prokurorluğunda ittiham elan edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elnur Hüseynov oğurluğa görə tutulmuş fizika müəllimidir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3537   Tarix: 16 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr