Elman Rüstəmov və Aynur Sofiyeva quruma sənədsiz rəhbərlik ediblər?
Azərbaycan Şahmat Federasiyasının nizamnaməsi itib.
Oxu.Az-ın xəbərinə görə, 1992-ci il noyabrın 26-da Ədliyyə Nazirliyində 255№ ilə dövlət qeydiyyatına alınmış federasiyaya məxsus nizamnamə və Ədliyyə Nazirliyi Kollegiyasının qərarından çıxarış itib.
Bu səbəbdən də həmin sənədlər etibarsız sayılır. Hazırda federasiyanın yeni sənədləri hazırlanır. Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Oxu.Az-a danışıb:
"Bəli, həmin nizamnamənin əsli o vaxt itib, tapılmır. Yalnız onun notarial surətləri qalıb. Bu səbəbdən də Ədliyyə Nazirliyinə müraciət edərək həmin sənədin tapılacağı halda belə, etibarsız saymasına dair müraciət etmişik".
Qeyd edək ki, Şahmat Federasiyasının əvvəlki prezidentləri indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və Mərkəzi Bankın sədri Elman Rüstəmov olub. Lakin sənədin nə zaman itdiyi bilinmir. Əgər sənəd A.Sofiyevadan əvvəlki dövrdə itibsə və sonrakı hər iki federasiya rəhbəri qurumun sənədi olmadan çalışıbsa, bu, normal hal sayılmır. Yox əgər, sənəd A.Sofiyevanın dövründə yoxa çıxıbsa, E.Rüstəmov federasiyaya vacib sənədlər olmadan rəhbərlik edib. Yaxud sənədlər E.Rüstəmovun dövründə itib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi