Ədliyyə Nazirliyində "Aliment və digər borclara dair qərarların icrası" mövzusunda sual-cavab sessiyası keçirilib

Ədliyyə Nazirliyində "Aliment və digər borclara dair qərarların icrası" mövzusunda sual-cavab sessiyası keçirilibVətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir.

Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən olan məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində işin düzgün və səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulandığı kimi, ədalət mühakiməsinin tərkib hissəsi, məhkəmə icraatının davamı və son mərhələsi olan bu fəaliyyət insan hüquq və azadlıqlarının etibarlı təminində, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyət kəsb edir və əlbəttə, ictimaiyyətdə geniş maraq doğurur.

Sonxeber.az xəbər verir ki, məsələnin daim aktual olduğu nəzərə alınaraq nazirlik tərəfindən bu sahədə görülən işlər barədə vaxtaşırı məlumatlar dərc olunur, müxtəlif formatda görüşlər keçirilir, brifinqlər verilir, sual-cavab sessiyaları təşkil olunur. Növbəti sual-cavab sessiyası canlı yayımla dekabrın 16-da "Aliment və digər borclara dair qərarların icrası" mövzusunda təşkil edilib. Brifinqdə nazirliyin İcra baş idarəsinin analitik-nəzarət və kredit borcları şöbələrinin əməkdaşları tərəfindən ictimaiyyəti maraqlandıran məsələlər barədə məlumatlar verib, sualları cavablandırıblar.

Aliment borcları və uşaqların mənafeyinə toxunan digər icra sənədlərinin İcra xidmətinin fəaliyyətində ən həssas yeri tutması, qərarların icrası üçün mümkün olan bütün səylərin göstərildiyi bildirilib, bununla yanaşı, son illərdə aliment işlərində olan ciddi çoxalmanın icra qurumlarının iş yükünü və məsuliyyətini artırdığı qeyd edilib.

Bu qəbildən olan işlərin sayının 100 minə çatmasına, xeyrinə aliment ödənilməli olan uşaqların sayının 160 min olmasına, son il yarım ərzində bu işlər üzrə 130 milyon manat vəsaitin tələbkarlara ödətdirilməsinə diqqət cəlb edilib, bu işlərin icrasını illər ərzində təmin etməyin özünəməxsus çətinliklərinin olduğu bildirilib. Bu sahədə əsas çatışmazlıqların borcluların bir qisminin pandemiya şəraitində gəlirlərinin azalması, yaxud gəlirdən tam məhrum olmaları, bəzilərinin çağırışlara gəlməyərək axtarışda olması, qeydiyyatsız ünvanlarda yaşamaları, digərlərinin ölkə hüdudlarını tərk etməsi, müxtəlif xəstəliyə tutulması, yaxud məhkum edilməsi kimi halların olduğu qeyd edilib, icradan qərəzli yayınan borclulara qarşı isə prinsipial mövqe tutulduğu vurğulanıb.

Məsələ ilə bağlı aliment işləri üzrə tərəflərə, digər aidiyyəti şəxslərə üz tutularaq ailə qanunvericiliyindən irəli gələn valideynlik vəzifələrinə hörmətlə yanaşmaları, aliment ödəmələri ilə bağlı icra məmurlarını vaxtında və müntəzəm məlumatlandırmaları, icranın təmin edilməsinə lazımi kömək göstərmələri, uşaqların mənafeyi naminə ədalətli kompromisə getmələri, icradan qərəzli yayınanlar barədə barışmaz mövqe tutulması xahiş olunub.

Bundan əlavə, digər borc tələblərinə dair işlərdə kredit borcları ilə bağlı sənədlərin xüsusi yer tutmasından, onların sayının yüz minlərlə olmasından danışılıb. Əvvəlki dövrdən fərqli olaraq hazırda bu qəbildən işlərin icrasında icra tədbirlərinin həyata keçirilməsi müddətlərinin müasir texnologiyalar sayəsində qısaldıldığı, kredit təşkilatları və digər tələbkarların müraciətlərinin həlli üçün ardıcıl tədbirlərin görüldüyü bildirilib.

Həmçinin vurğulanıb ki, bu tip işlərin səmərəli icrasında mühüm əhəmiyyət kəsb edən hərrac prosesinin təkmilləşdirilməsi, eləcə də tam elektronlaşdırılması üçün əhatəli iş aparılır, hərracların elektron qaydada həyata keçirilməsinə yönələn qanunvericiliyə dəyişikliklər hazırlanır. Bu dəyişikliklər hərrac prosesini xeyli sürətləndirəcək, şəffaflığı təmin edəcək, bütün iştirakçılara bərabər və əlçatan imkanlar yaradacaq, subyektiv müdaxilə imkanları istisna olunacaq, izafi xərclərə qənaət ediləcək, bir çox təşkilati məsələlərin onlayn rejimdə həllinə imkan yaranacaq.

Sessiyada "Elektron icra" informasiya sisteminin icra xidməti əməkdaşları üçün təmin etdiyi üstünlüklərdən, icra qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, o cümlədən "Azərbaycan Respublikası İcra Məcəlləsi"nin layihəsinin hazırlanmasından, bütün bunların yaxın gələcəkdə icra sahəsində işin daha operativ və səmərəli təşkilinə zəmin yaradacağından danışılıb, izləyicilərin icranın müxtəlif sahələrinə dair sualları yerindəcə cavablandırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1380   Tarix: 17 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021