8 il Murovdağda xidmət edən şəhid mayorun ailəsinin ev problemi ilə bağlı - Açıqlama

8 il Murovdağda xidmət edən şəhid mayorun ailəsinin ev problemi ilə bağlı - Açıqlama"Mən üç uşaqla zülm çəkirəm. Müraciət etmədiyim dövlət qurumu yoxdur. Yoldaşımın 19 illik qüsursuz xidmətini heçə sayırlar. Ev bizim haqqımızdır, dövlət bizə yoldaşım sağ olanda ev verməyib. Şəhid olandan sonra verilməli idi, onu da vermirlər".

Bu barədə "Qafqazinfo"ya müraciətində Vətən Müharibəsi şəhidi, mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva bildirib.

Onun sözlərinə görə, mənzillə təmin olunmamasına səbəb kimi evlərinin olması göstərilir:

"Həyat yoldaşımın sağlığında Sumqayıtda ipoteka ilə ev götürmüşdük. Amma o ev elə gündədir ki, yaşamaq mümkün deyil. Hansı vəziyyətdə yaşayırıq, ona baxan yoxdur. Ora heç ev də demək olmaz, yarım zirzəmidir. Nəmişlikdən uşaqlarım xəstəlik tapıblar. Məcbur olub üç aydır ki, kirayəyə köçmüşük".
A.Babayeva əlavə edib ki, kirayəyə köçəndən sonra dövlət qurumları hərəkətə keçib evin təmirinə başlamaq istəyirlər:

"Sumqayıt İcra Hakimiyyəti kirayəyə köçdüyümüzü biləndən sonra tapşırıq verib ki, evi təmir eləsinlər. Amma ev elə vəziyyətdədir ki, təmirlə düzəlməyəcək. Çünki kanalizasiya suları zirzəmiyə dolub mənzilə daşır. Təmir olunsa belə, iki ildən çox davam gətirməyəcək. Çünki bir otağını özüm birtəhər təmir eləmişdim, gördüm divarlar getdikcə qaralır. Mən yoldaşımın haqqı olan evi istəyirəm.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Müdafiə Nazirliyinə, deputatlara və digər orqanlara müraciət etsəm də, heç bir xeyri olmayıb. Cavab isə o olub ki, qanunda sizə ev verilməsi nəzərdə tutulmayıb, çünki eviniz var.

Dövlət başçısı bütün şəhid ailələrinin evlə təmin olunmasını tapşırıb. Mənim yoldaşım 19 il can qoyub, Murovda ən ağır şəraitdə səkkiz il xidmət edib. Onun kimi az hərbçi var. O, bu dövlət üçün canını verib. Hansı qanun onun canından yüksəkdir?"

Şəhidin həyat yoldaşı bildirib ki, uşaqları Bakıda təhsil alır. Ailəyə Bakıda birotaqlı ev verilsə, çətinlikləri düzələr:

"Mənim üç uşağım nə etməlidir, necə yaşamalıdır?! Uşaqlar aylarla atalarının üzünü görməyiblər. Uşaqlar yeddi aydan bir, məzuniyyətə gələndə atalarının üzünü görürdülər. Balaca oğlum atası şəhid olanda heç "ata" deyə bilmirdi. Bu qədər də hörmətsizlik olmaz axı! Daşdan, sementdən olan şeyi bizə qıymırlar. İki uşağım Bakıda oxuyur, yaxşı oxuduqlarına görə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə qəbul olunub. Qızım yüksək bal toplayıb, ödənişsiz oxuyur, oğlumun ödənişini "YAŞAT" Fondu ödəyir.

Hər gün səhər saat 06:00-da Sumqayıtdan Bakıya gəlmək üçün yuxudan dururlar. Gündəlik 30 manat taksi pulu verirəm. Uşaqların atası yoxdursa, ölməlidirlər? Dedim ki, heç olmasa, Bakıda bir otaq versinlər, yığışıb yaşayaq. Aldığım pensiyanı elə yollara xərcləyirəm. İndi də evin təmirini ortaya atıb, işimi bir qədər də çətinləşdiriblər".
Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, şəhid Babayev Rahib Bəxtiyar oğlunun ailəsi də digər şəhid ailələri kimi dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

"Şəhidin ailəsinə (həyat yoldaşı Babayeva Aygün İntiqam qızına və üç uşağına) birdəfəlik sığorta ödənişi (11 min manat), "YAŞAT" Fondu tərəfindən 10 min manat maddi yardım edilib. Eyni zamanda, ailəyə Prezidentin aylıq təqaüdü (500 manat), ailə başçısını itirməyə görə aylıq pensiya (2798 manat) və uşaqlarına aylıq müavinət (63 manat) formasında ümumlikdə hər ay 3361 manat sosial ödəniş edilir.

Hazırda dörd nəfərlik ailə tərkibi olan ailənin özünün üçotaqlı mənzili var və xeyriyyəçi iş adamı tərəfindən mənzil təmir etdirildiyi üçün ailə müvəqqəti kirayədə yaşayır. Sumqayıt şəhər İH-də mənzil növbəsində olan ailəyə hazırda özünün üçotaqlı mənzili, yəni ailə tərkibinə uyğun yaşayış sahəsi olduğu üçün əlavə birotaqlı mənzil verilməsi təklif olunsa da, şəhidin həyat yoldaşı Aygün Babayeva bu mənzildən imtina edir".

Xatırladaq ki, şəhid ailəsinin mənzil problemi bundan əvvəl də saytımızda işıqlandırılıb. O zaman Sumqayıt Şəhər İcra Hakimiyyətindən şəhid ailəsinin istisna hal kimi mənzil növbəsinə alındığı bildirilmişdi.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Rahib Babayev Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində şücaət göstərib, "Canavar" postunun alınmasında iştirak edib. Düşmənin atdığı artilleriya mərmisindən ağır yaralanıb və sentyabrın 30-da şəhid olub. Oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
8 il Murovdağda xidmət edən şəhid mayorun ailəsinin ev problemi ilə bağlı - Açıqlama8 il Murovdağda xidmət edən şəhid mayorun ailəsinin ev problemi ilə bağlı - Açıqlama8 il Murovdağda xidmət edən şəhid mayorun ailəsinin ev problemi ilə bağlı - Açıqlama8 il Murovdağda xidmət edən şəhid mayorun ailəsinin ev problemi ilə bağlı - Açıqlama


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2160   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr