Sülh və sabitliyə töhfə verə biləcək əməkdaşlıq – ŞƏRH

Sülh və sabitliyə töhfə verə biləcək əməkdaşlıq – ŞƏRHZiyafət Əsgərov: "Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə NATO öz dəstəyini bildirir. Bizim münasibətlər tərəfdaşlıq, əməkdaşlıq ruhundadır"

Prezident İlham Əliyev bu həftə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olub. Səfər çərçivəsində Azərbaycan dövlət başçısı NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş katib Yens Stoltenberqlə görüşüb. Bunun ardınca 30 müttəfiqin iştirakı ilə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib. Ölkə rəhbəri İlham Əliyev iclasda iştirak edib. İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Regionda sülh və sabitlik işinə xidmət

Azərbaycanın 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı ilə tərəfdaşlığının vacibliyi diqqətə çatdırılıb. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi bildirilib. Eyni zamanda, Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu təlimlərin regionda sülh və sabitlik işinə xidmət etdiyi vurğulanıb. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı bildirilib.

Ərazi bütövlüyünə, suverenliyə dəstək

Bu səfərin əhəmiyyətini "Kaspi" qəzetinə şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib ki, Brüsseldəki iclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Onun sözlərinə görə, bu mövqe NATO-nun Sammit sənədlərində dəfələrlə təsbit olunub. Millət vəkili NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolunun xüsusi vurğulanmasına diqqət çəkib.

Paytaxt Kabulu ən son tərk edən ölkə

Z.Əsgərov bildirib ki, Azərbaycan hərbçiləri Türkiyə hərbçiləri ilə birlikdə Əfqanıstandakı Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyyəsində önəmli rol oynayıb: "Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyası NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib, yüksək qiymətləndirilib. Azərbaycan 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak edib. NATO qoşunları Əfqanıstandakı missiyasını sona çatdıranda isə Azərbaycan paytaxt Kabulu ən son tərk edən ölkələrdən biri olub. Yəni ölkəmiz üzərinə düşən missiyanı artıqlaması ilə yerinə yetirib, əməkdaşlıq əlaqələrinə öz töhfəsini verib, etibarlı tərəfdaş olduğunu dəfələrlə nümayiş etdirib".

Strateji tərəfdaşlığa dair sənədlər

Komitə sədri deyib ki, Azərbaycan-NATO münasibətlərindən danışarkən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə, o cümlədən iqtisadi əməkdaşlığa xüsusi nəzər yetirmək lazımdır: "NATO-nun mənzil qərargahına 7-ci dəfə səfər edən cənab Prezident İlham Əliyevin Brüsseldə vurğuladığı kimi, 3500 kilometr uzunluğu olan, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri sayılan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədləri əlaqələrin xarakterini nümayiş etdirir. Bundan başqa, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir. Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaş olmaqla alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Enerji təhlükəsizliyi isə artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir".

Alyansla sıx əməkdaşlıq

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan-NATO əlaqələrindən hər iki tərəf razıdır. Milli Məclisin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan Z.Əsgərov deyib ki, təşkilatla sıx əməkdaşlıq mövcuddur. Deputatın sözlərinə görə, Milli Məclisin nümayəndə heyəti təşkilatın sessiyalarında və seminarlarında daim iştirak edir: "Sessiyalar, seminarlar və iclaslar pandemiya ilə əlaqədar olaraq son zamanlar daha çox onlayn formada keçirilir. Bununla belə, həmin tədbirlərdə Azərbaycan fəal iştirak edir. 1994-cü ildən indiyə qədər davam edən və perspektivdə daha da inkişaf edəcək Azərbaycan-NATO əlaqələrini müsbət qiymətləndirirəm".

Münasibətlər tərəfdaşlıq, əməkdaşlıq ruhundadır

Millət vəkili söyləyib ki, bu platforma Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, dəstək qazanmağımız üçün vacib platforma sayılıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə bu platformadan milli-dövlətçilik maraqlarının qorunması, müdafiəsi üçün istifadə olunub. Hazırda isə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işində NATO Azərbaycana texniki yardım göstərə bilər. Hərbi-siyasi blok kimi NATO mütəxəssislərinin bu sahədə zəngin təcrübəsi var. Ümumilikdə Azərbaycan-NATO əlaqələri regionun təhlükəsizliyi, sülh və sabitlik üçün mühüm töhfədir. NATO üzvü olan Türkiyə ilə Azərbaycanın təkcə bu il müxtəlif adda 7 hərbi təlim keçirməsi də bu amala xidmət edir. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə NATO öz dəstəyini bildirir. Bizim münasibətlər tərəfdaşlıq, əməkdaşlıq ruhundadır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1044   Tarix: 19 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr