"Neftçi"də gözlənilən təyinat - RƏSMİ
"Neftçi" PFK-ya yeni idman direktoru təyinatı rəsmiləşib.
Oxu.Az-ın daha əvvəl xəbər verdiyi kimi, bundan sonra bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək.
37 yaşlı mütəxəssis 2008-2021-ci illərdə "Qəbələ" klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə dörd dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən "Qəbələ" ardıcıl iki dəfə (2015/16, 2016/17) dörd mərhələ adlamaqla UEFA Avropa Liqasının qrup mərhələsinədək irəliləyib.
Qeyd edək ki, bundan əvvəl "Neftçi"nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.
Xatırladaq ki, "Qəbələ"də boşalan baş menecer funksiyasını isə Nail Kərimov icra edəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1531 Tarix: 20 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtomobil dirəyə çırpıldı - 5 yaralı var
Göygöldə avtomobil işıq dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, qəza zamanı 5 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım edilib, müalicələri davam etdirilir. Həmin şəxslər rayon sakinləri Cavid Bəylərov 2001-ci il, Vilayət Bəylərov 2001-ci il, Əmrah İsmayılov 200-ci il, 2003-c
11 mayKirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub. Əvvəllə
10 mayPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 may