"Bütün qərarlar və atılan addımlar insanların sosial rifahının artmasına xidmət edir" - Emil Əkbərov

"Bütün qərarlar və atılan addımlar insanların sosial rifahının artmasına xidmət edir" - Emil Əkbərov"Cənab Prezident İlham Əliyevin əhalinin yaşayışının yaxşılaşdırılması ilə bağlı imzaladığı son fərman və sərəncamlar bu istiqamətdə, xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi".

Bunu Sonxeber.az-a açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Akbarov deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin 17 dekabr 2021-ci il tarixdə imzaladığı sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manatdan 300 manata çatdırıldı:

"Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə edəcək. Yeni ildən tətbiq ediləcək bu artımlar 2,1 milyondan çox şəxsə şamil ediləcək. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılacaq bu addımlar üçün 1,5 milyard manat vəsait nəzərdə tutulub. Bilirsiniz, bu, ilk artım deyil. Belə ki, bu istiqamətdə ciddi irəliləyişlər əldə edilib, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülür.

Son üç ildə minimum aylıq əməkhaqqı 2-3 dəfə artırılaraq, 130 manatdan 300 manata çatdırılıb. Minimum əmək haqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını stimullaşdırır. Cənab Prezidentin imzaladığı son fərman və sərəncamlar bir daha sübut etdi ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur. Hesab edirəm ki, bütün qərarlar və atılan addımlar insanların sosial rifahının artmasına xidmət edir. Həmçinin, bu sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir".

Emil Akbarov vurğulayıb ki, bu sərəncam elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühit və digər sahələrdə çalışan on minlərlə şəxsin əməkhaqlarının artırılmasına öz təsirini gösətərəcək:

"Minimum aylıq əmək haqqının gözlənilən artımı aztəminatlı ailələrin, ictimai və sosial işlərdə çalışanların həyat şəraitini yaxşılaşdıracaq. İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır və bu, imzalanan sərəncamlarda da öz əksini tapır. Cənab Prezident bütün varlığı ilə Azərbaycan xalqının xoşbəxt gələcəyinə, dövlətimizin inkişafına və beynəlxalq aləmdə tanınmasına çalışır. İmzalanan sosial sərəncamlar və həyata keçirilən çox mühüm layihələr bunun parlaq nümunəsidir. Hesab edirəm ki, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul edilən bu qərarlar insanların gəlirlərinin, alıcılıq qabiliyyətinin artmasına xidmət edəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1572   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr