Ağstafada uşağın mükafatlandırmaya sandalla gəlməsi müzakirələrə səbəb oldu

Ağstafada uşağın mükafatlandırmaya sandalla gəlməsi müzakirələrə səbəb olduSosial şəbəkələrdə məktəblinin mükafatlandırma mərasiminə sandalla gəlməsi diqqət çəkib.

Sonxeber.az xəbər verir ki, foto Baş Dövlət Yol Polisi İdarəsinin (DİN) təşkilatçılığı ilə "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması zamanı çəkilib.

Belə ki, respublikanın bütün bölgələrindən iştirak etmiş məktəblilərin rəsmləri müsabiqəyə təqdim edilib və fərqlənən şagirdlər mükafatlandırılıb.

Müsabiqə qalibləri arasında Ağstafa rayonununun məktəblərindən birinin şagirdi F.N. də var. Məktəblinin mükafatlandırma mərasiminə sandalla gəlməsi diqqət çəkib və sosial şəbəkə istifadəçiləri soyuq hava şəraitində uşağın tədbirə bu formada gəlməsinə heç kimin diqqət etməməsinə etiraz ediblər.

Məsələ ilə bağlı Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəcibə Vəliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qalib şagird həmin gün ayağını yandırıb:

"Məktəbli aztəminatlı ailənin uşağıdır. Müsabiqədə iştirak edib və qalib olub. Məktəb direktoru mükafatlandırma mərasiminə gedən zaman ona yeni üst geyimləri alıb. Lakin həmin gün ehtiyatsızlıqdan uşağın ayağına qaynar su tökülüb və ayağı yanıb. Bu səbəbdən valideyni uşağa ayaqqabını geyindirə bilməyib. Ona görə də uşaq mükafatlandırmaya sandal geyinərək gəlib. Tədbir müddətində də ayağını çəkərək gəzib. Sadəcə tədbirdə fotolar çəkilən zaman bu məqama diqqət olunmadığından belə bir anlaşılmazlıq yaranıb"./Oxu.Az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2199   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr