"Gənclər dövlətin yaratdığı şəraitdən düzgün, məqsədyönlü istifadə etməlidirlər"
İstiqamət: gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
"Bildiyiniz kimi, Azərbaycanda bu gün gənc nəslin vətənpərvərlik üslubunda yetişdirilməsi üçün dövlət tərəfindən müxtəlif addımlar atılır və bunun nəticəsi olaraq da Vətən müharibəsi zamanı gənclərimizin necə torpaqlarımızın müdafiəsinə qalxdığının şahidi olduq".
Bu sözləri Sonxeber.az-a açıqlama verən Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
O xatırladıb ki, cənab Prezident Şuşada olarkən də bu məsələyə toxunub:
"Prezidentimizin də deyidiyi kimi, onun hakimiyyəti illərində Vətənini, dövlətini sevən gənclər yetişib və bu gün onlar torpaqlarımızın müdafiəsində iştirak edirlər. Ümumiyyətlə, Ulu Öndərin dövründən başlayaraq, bizim gənclərimizin bu vətənpərvər, milli ruhda mənlikdə böyüdülməsi üçün dövlət ardıcıl addımlar atdı.
Ayrıca Gənclər Nazirliyinin yaradılmasını xüsusi qeyd edə bilərik. Bundan sonra ölkədə gənclər siyasəti uğurla həyata keçirilməyə başladı. Eləcə də növbəti illərdə Gənclər Fondu yaradıldı və bu Fond xətti ilə ölkəmizdə çox ciddi işlər görüldü.
Ümumiyyətlə, bu gün gənclərin tərbiyəsi, onların vətənpərvərlik ruhunda, milli ruhda dövlətə bağlı, sədaqətli yetişdirilməsi üçün davamlı olaraq işlər həyata keçirilir. Yəni bu günün gəncləri gələcəyin idarəçiləridir, gələcəyin ayrı-ayrı strukturlarında işləyən şəxslərdir. Yaşlı nəsil getdikdən sonra yeni nəsil gələcək və bu yeni nəslin də milli ruhda yetişdirilməsi çox vacibdir.
Dövlətimiz də məhz bu istiqamətdə addımlar atır. Dövlət tərəfindən gənclərə evlər verilib, gənc alimlərə xüsusi diqqət və qayğı göstərilir, gənc kadrlara vəzifə verilir.
Son illər bu sahədə bir çox uğurların, yeniliklərin şahidi oluruq: gənc, savadlı kadrlar dövlətin quruculuğunda, idarəçiliyində aktiv iştirak edirlər.
Əlbəttə, bu gün gənclərimizin üzərində çox böyük, məsuliyyətli vəzifələr var. Onlar dövlətin yaratdığı şəraitdən düzgün, məqsədyönlü istifadə etməli, gələcəklərini fikirləşməli, eləcə də dövlətimizin inkişafına öz töhfələrini verməlidirlər.
Bu gün Azərbaycan gəncliyinə çox böyük inam və ümid var. Düşünürük ki, inşallah, gənclərimiz gələcəkdə dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, qələbəmizin əbədiləşdirilməsi üçün böyük səylə çalışacaqlar".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1027 Tarix: 21 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabrYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrAvtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabr