"Umummilli liderimiz Heydər Əliyev Qarabağ haqqında qətiyyətlə deyib ki..."

"Umummilli liderimiz Heydər Əliyev Qarabağ haqqında qətiyyətlə deyib ki..."İstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişindən ötən 18 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, dünyanın güclü iqtisadiyyatlarından birinə çevrilir".

Sonxeber.az bildirir ki, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov özünün "Facebook" səhifəsindəki paylaşımında qeyd edib.

O, əlavə edib ki, hazırda Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Qısa müddətdə belə böyük inkişaf yolu keçmək hər xalqa nəsib olmur:

"İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə uğurla həyata keçirdiyi siyasi kursda ən əsas məsələ düşmən işğalında olan torpaqlarımızın erməni işğalından azad olunması, ərazilərimizin bərpası idi. Ötən illər ərzində ölkə başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərin kürsülərindən qətiyyətlə dünyaya bəyan edirdi ki, Azərbaycan xalqı və dövləti heç zaman öz doğma torpaqlarının işğalı ilə barışmayacaq, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü, əsgərlərimizin qəhrəmanlığı, cəsurluğu ilə qazanılan bu şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Tarixi, şanlı qələbəmiz barədə Ali Baş Komandanımız bunları deyib:

"Biz tarixi ədaləti bərpa etdik. Biz öz torpaqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı - cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarımızda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Vətən Müharibəsində qələbədən sonrakı dövr Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi olaraq səfərləri ilə, əlamətdar tədbirlər və böyük hadisələrlə yadda qaldı. Qısa bir zamanda işğaldan azad olunan torpaqlarımız böyük tikinti-quruculuq meydanına çevrildi.

Prezident İlham Əliyev 16 mart tarixində qədim Şuşamızda, Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırdı. Azərbaycan xalqının incisi, qədim mədəniyyət beşiyi olan Şuşadan xalqımızı Novruz bayramımız münasibətilə təbrik edən cənab Prezident qeyd etdi ki, artıq 30 ilə yaxın bir müddətdən sonra əziz və milli bayramımızı doğma Şuşada qeyd edirik. Bu, bizim hamımız üçün çox böyük hadisə və xoşbəxtlikdir.

Bir şeyi də vurğulamaq yerinə düşər: vaxtilə Ümummilli liderimiz Heydər Əliyev Qarabağ haqqında danışarkən qətiyyətlə deyib ki, biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq:

"O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə...".

Ulu Öndərimizin və xalqımızın bu arzularını Ali Baş Komandan İlham Əliyev gerçəyə çevirdi.

Hazırda işğaldan azad olunmuş ərazilərdə bir çox dağıdılmış məscidlər, dini-tarixi abidələrimiz, müqəddəs ocaqlarımız təmir olunur, öz əvvəlki görkəmlərinə qaytarılır. Bu, Prezident İlham Əliyevin həm də milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının təzahürüdür.

Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini də uğurla davam etdirir.

Son illər yüzlərlə dini ibadət ocağı bilavasitə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə təmir və bərpa olunaraq vətəndaşlarımızın istifadəsinə verilib.

Ölkəmizdə təhsilin inkişafına, savadlı gəncliyin yetişməsinə də böyük diqqət var. Azərbaycanda beynəlxalq standartlara cavab verən bir neçə ali təhsil müəssisəsi yaradılıb, yüzlərlə yeni məktəb binası inşa, təmir və bərpa olunub.

Azərbaycan bütün bu uğurlara Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi qətiyyətli və prinsipial siyasəti nəticəsində nail olub.

Qarşıda isə bizi daha böyük uğurlar gözləyir".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1536   Tarix: 22 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr