"Bu, mənim həyatımdır, ailəmizin faciəsidir" - Sevda Ələkbərzadə - VİDEO
Əməkdar artist Sevda Ələkbərzadə illər sonra atası, yazıçı Çingiz Ələkbərzadənin sözlərini yazdığı "Ölü qatarlar" adlı mahnını ifa edib.
Sonxeber.az Olay-a istinadən xəbər verir ki, "Space" TV-də yayımlanan "Oxunmayan nəğmələr" adlı proqram üçün hazırlanan mahnının bəstəsi isə Rəşid Nəsiboğluna aiddir.
"Bu adi mahnı deyil, soundtrek kimidir, ruh halıdır. Burada əsas məqsəd sözü çatdırmaqdır. Mahnını mənə 15 il öncə göndərmişdilər ki, ifa et. O vaxtı dinlədim, düşündüm ki, mən neyləyə bilərəm ki? Bəzi şeylər insana yaşa dolduqca çatır. Qaldı, sanki mahnını unutdum. İllər sonra mahnını eşidəndə məndə qəribə hisslər yarandı. Bu dəfə onu eşitdim, mahnı mənim üçün indi püxtələşib. İllər sonra mahnı gəlib yenidən məni tapdı. Bu şeiri atam tez-tez oxuyardı, ağlıma gəlməzdi ki, illər sonra bu şeir mənim ifamda ola bilər. Çox təsirləndim. Mənim qədər bunu hiss edən başqa biri olmazdı. Çünki bu həyatı yaşamışam. Bu, mənim həyatımdır, ailəmizin faciəsidir. Hiss edərək, canımdan keçərək ifa etmişəm. Düşünürəm ki, bu iş qalıcı olacaq. İfamı atamın 85 illiyinə həsr edirəm", - deyə, S.Ələkbərzadə bildirib.
Qeyd edək ki, Çingiz Ələkbərzadə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilib. Sonra bəraət alaraq bədii yaradıcılıqla məşğul olub. Bu şeiri həbsdə olarkən yazıb, onunla birgə həbsdə olan bəstəkar Rəşad Nəsiboğlu isə sözlərə musiqi bəstələyib. Mahnının aranjımanını Muxtar Abseynov edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ