Milli Məclisin iclaslarında "qaib" alan deputat varmı?
Milli Məclisin komitə və plenar iclaslarında üzrsüz səbəblərdən iştirak etməyən deputatlara görə parlamentdaxili cəza nəzərdə tutulur.
Bu, Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir.
Deputat üzrsüz səbəbdən parlamentin plenar və komitə iclaslarında azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etmədikdə onun işinə İntizam Komissiyası baxır.
Prosedur belədir ki, əgər belə hal olarsa, Milli Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir.
İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
Bəs belə deputatlar varmı?
Milli Məclisin İntizam Komissiyasının katibi Nurlan Həsənov mövzu ilə bağlı Oxu.Az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, hər hansı bir deputat həmkarına iclaslarda üzrsüz səbəbdən iştirak etmədiyinə görə xəbərdarlıq edildiyinin şahidi olmayıb.
Nurlan Həsənov bildirib ki, hər hansı deputat Milli Məclisin iclasında üzrsüz səbəbdən belə olsa iştirak edə bilməyəcəksə, qabaqcadan parlament sədrindən icazə almalıdır.
"İcazə alan deputat Milli Məclisin iclasında iştirak etmədikdə bu, üzrlü səbəb sayılır. Əgər hər hansı deputat plenar iclaslarda və ya üzv olduğu komitə və komissiya iclaslarında üzrsüz səbəbdən iştirak etməzsə bu, parlamentdaxili məsuliyyətə səbəb olur", - deyə, o, əlavə edib.
Qeyd edək ki, üzrsüz səbəbdən parlamentin iclaslarına qatılmayan deputatların adları "Azərbaycan" qəzetində ictimailəşdirilməlidir.
Dəqiq fikir yürütmək çətindir. Amma məntiqlə iki nəticə çıxarmaq olar:
1. Ya, Milli Məclisin iclaslarına qatılmayanların hamısı üzrlü səbəbləri əsas gətirir,
2. Ya da üzrsüz iştirak etməyənlərin adları açıqlanmır.
Bildirək ki, "Azərbaycan" qəzeti ən azından VI çağırış Milli Məclisin fəaliyyəti dövründə belə siyahı yayımlamayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1021 Tarix: 22 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırm
10 mayUlu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə
10 mayKirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub. Əvvəllə
10 mayXameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır
İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə
10 mayPrezidentdən Ermənistanı Azərbaycandan "qorumaq" istəyənlərə SƏRT MESAJ
"Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanı
10 may60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR
7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu
10 may