Vəkillərin üzvlük haqqı aşağı salına bilər
"Vəkillərin üzvlük haqqının aşağı salınması ilə bağlı təklif irəli sürməyi düşünürəm".
E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Azərbaycanda vəkillərin üzvlük haqqı yüksək deyil: "Vəkillər Kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır. Vəkillər Kollegiyası Azərbaycanda özü özünü tam olaraq maliyyələşdirən bəlkə də yeganə qeyri-hökumət və qeyri-kommersiya məqsədləri üçün yaradılmış təşkilatdır. Biz dövlətdən heç bir maliyyə yardımı almırıq. Maliyyə cəhətdən müstəqil olmayan Vəkillər Kollegiyası heç vaxt müstəqil ola bilməz.
Biz öz büdcəmiz hesabına çox böyük işlər görürük. Bilirsiniz ki, üzvlük haqqı ilə bağlı müəyyən güzəştlər də tətbiq edirik. Məsələn, üzrlü səbəbdən üzvlük haqqını ödəyə bilməyən, maliyyə çətinliyi yaşayan, səhhətində müəyyən problemlər olan vəkilləri üzvlük haqqından azad edirik. Ancaq yenə də mən üzvlük haqqının aşağı salınması üçün təklif irəli sürəcəyəm. Azərbaycan vəkilliyinin inkişafı üçün hər kəs çalışmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1118 Tarix: 22 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO
Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay
10 mayUlu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə
10 mayYay fəsli Azərbaycana BU TARİXDƏ DAXİL OLACAQ
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əməl
10 mayPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 may