Yevlaxda möhtəşəm konsert - FOTOLAR
Xalqımız üçün əlamətdar günlərlə bol olan dekabr ayında Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlaxda yeni salınan Kino parkda bir sıra maraqlı məqamları ilə yadda qalan möhtəşəm konsert proqramı keçirilib.
Tədbirin əvvəlində qeyd olundu ki, son illərdə Yevlax şəhərində geniş abadlıq və quruculuq işləri aparılıb. Şəhərin mərkəzində "Dədə Qorqud" parkı yenidən qurulub, ərazisi 1,95 hektara çatdırılıb və Dədə Qorqudun heykəli quraşdırılıb. Şəhərdə bir sıra çoxmənzilli yaşayış binaları təmir edilib, həyətlərində abadlıq işləri görülüb. Həmçinin Nizami parkında əsaslı təmir işləri həyata keçirilib. Heydər Əliyev sarayında müasir memarlıq qaydalarına uyğun olaraq əsaslı təmir işləri həyata keçirilib.
Şəhərdə Kino Park tam yenidən qurulub və uşaqların əylənməsi üçün qurğular, yaşlıların istirahəti skamyalar quraşdırılıb, tamaşa zalı yaradılıb. Həmçinin Yevlaxdakı "Şəhidlər Xiyabanı"nda əsaslı təmir işləri aparılıb
2019-2021-ci illərdə Yevlaxda 13 məktəb binası cari və ya əsaslı təmir olunmuş, 2-modul tipli məktəb binası quraşdırılıb, Qoyunbinəsi kəndində 432 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib. Yevlax şəhərində 4 ədəd körpələr evi-uşaq bağçası əsaslı təmir edilib.
Şəhərin Nizami prospektində barak tipli binalarda yaşayan ailələr üçün 45 mənzilli 9 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb və ailələr həmin binaya köçürülüb.
Yevlaxın küçə və meydanlarında müasir tipli 226 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, Xaldan-Zaqatala avtomobil yolunun 6 kəndi birləşdirən Xaldan-Ərəş-Meyvəli kəndlərarası, həmçinin Qaroğlan, Quşçu, Malbinəsi və Qoyunbinəsi kəndlərarası 19,6 km uzunluğunda avtomobil yolları əsaslı təmir olunaraq asfaltlaşdırılıb.
Ümumilikdə isə Yevlax rayonunda mövcud 127 km kəndlərarası avtomobil yollarının 92,6 km-i asvaltlanıb ki, bu da ümumi yolların 73 faizini təşkil edir. Cari ildə Xaldan kəndində maqistralşosse üzərində piyadalar üçün körpü, İncə çayı üzərində 12 kəndi birləşdirən yolda dəmir beton konstruksiyalı körpü tikilib istifadəyə verilib.
Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə Yevlax rayonunun bütün yaşayış məntəqələri təbii qaz ilə təmin olunmuş və 100 faiz qazlaşma işəriaparılmışıdr.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması da diqqət mərkəzində olub. Rayonun Aran qəsəbəsi ərazisində "Aqro Park" yaradılıb. "Aqro Park" heyvandarlıq, əkinçilik, bağçılıq məhsulları və emalı istiqamətində fəaliyyət göstərəcəkdir. Burada 320 nəfər Yevlax sakininin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
"Azərşəkər" MMC-yə Yevlax rayonun ərazisində ayrılan 2000 ha ərazidə 7 km beton kanal tikilib, 39 ədəd müasir suvarma sistemi yağış yağdırma qurğuları quraşdırılıb.
Yevlaxda yeni salınan Kino parkda təşkil edilən və aparıcılar Seyran Babayev və Zümrüd Bədəlovanın idarə etdiyi konsertdə populyar müğənnilər Aysel Əlizadə, Emil Bədəlov, Nərmin Kərimbəyova, Ramil Nabran, İlhamə Qasımova çıxış ediblər. Konsert tamaşaçıların alqışları ilə müşayət edilib.
Sonda möhtəşəm atəşfəşanlıq keçirilib.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1318 Tarix: 23 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrBu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
25 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabr