Polislə sürücü arasında mübahisə - VİDEO
Sürücü və yol polisi arasında mübahisəni əks etdirən video yayılıb.
Sonxeber.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda yol polisi sürücüdən avtomobildə konstruksiya dəyişikliyinin olub-olmadığını soruşur.
Sürücü isə DYP əməkdaşına bunun qanunla tənzimlənmədiyini deyərək, yol polisinin tələbinə riayət etmir.
Sosial şəbəkə istifadəçiləri bu məsələdə sürücünün yoxsa yol polisinin haqlı olub-olmamasını müzakirə ediblər.
Məsələnin qanuni tərəfini dəqiqləşdirmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli ilə əlaqə saxladıq.
Polis mayoru Oxu.Az-a açıqlamasında bildirib ki, videodan da göründüyü kimi sürücü yol polisi əməkdaşına məsuliyyətdən boyun qaçırmaq məqsədilə lüzumsuz dialoq qurmağa cəhd edir:
"Lakin polis əməkdaşı üslubunu pozmadan işini peşəkar formada görməyə çalışır. Dövlət Yol Polisi əməkdaşı sürücünü saxlayıb və aidiyyəti üzrə avtomobilin saxlanılmasının səbəbini izah edir. Çünki, "Yol Hərəkəti Haqqında" Qanunun 1 saylı əlavəsində avtomobilin nasazlıqlarının siyahısı qeyd olunub. Onun konstruksiyasında məqsədli edilmiş dəyişikliklərin və ya nasazlığın olmasını dəqiqləşdirməlidir. Belə ki, kənardan görünən vəziyyət hər iki halın dəqiqləşdirilməsini tələb edir. Məsələn, avtomobilin yayları istismar müddətini bitirib nasaz halda ola bilər və ya burada məqsədli müdaxilə də ola bilər. Hər iki hal ayrı-ayrı inzibati xəta tərkibi yaradır. DYP əməkdaşı da ona verilən səlahiyyət çərçivəsində normal qaydada sürücünü saxlayıb avtomobilə baxış keçirərək avtomobilin konstruksiyalarına hər hansı dəyişikliklərin edilib-edilmədiyini yoxlamalıdır ki, ədalətli qərar versin. Sürücü bu zaman avtomobildən düşməli və DYP əməkdaşına köməklik göstərməlidir. Ola bilər ki, avtomobilin arxasında hər hansı yük olsun bu da məsələyə ayrı yanaşma tələb edir. Bu baxımdan sürücünün iştirakı ilə avtomobilə DYP əməkdaşı tərəfindən baxışın keçirilməsi qanuni tələbdir. Görünən isə budur ki, sürücü əsassız mübahisə yaratmağa çalışır, bu da təbii ki, məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilir. DYP heç bir halda sürücünü əsassız yerə saxlamır buna onun nə vaxtı, nə də imkanı var".
A.Əsgərli onu da əlavə edib ki, avtomobillərin yaylarının qızdırılması və ya kəsilməsi halı aşkarlanarsa, sürücüyə 150 manat cərimə tətbiq edilməklə, nasazlığın aradan qaldırılması tələb edilir:
"Əgər bu kimi hallarda texniki nasazlıqlar şəxsin iradəsindən asılı olmadan baş veribsə, sürücünün vaxtında bu məqamlara düzgün müdaxilə etməməsi kimi qiymətləndirilir. Yəni "Yol Hərəkəti Haqqında" Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, sürücü bu halda 50 manat məbləğində cərimə olunur. Nəqliyyat vasitəsini istehsalçı tərəfindən müəyyən edilmiş standartlarda saz vəziyyətdə idarə etmək hər bir sürücünün borcudur. Nasaz avtomobillə törədilən qəza zamanı xəsarət dərəcəsindən və ölüm faktından asılı olaraq sürücü nəinki inzibati, hətta cinayət tərkibli əməldə belə bir mənalı təqsirli hesab edilə bilər.
Bunun üçün də bir daha sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, həyat və sağlamlığımızı məsuliyyətsizliyə qurban verməyin. Bütün hərəkət iştirakçılarını bir daha məsuliyyətli olmağa dəvət edirik"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1596 Tarix: 23 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrBu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
25 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabr