"İctimai Televiziyada çox peşəkar komanda işləyir" - RƏYLƏR - FOTO

"İctimai Televiziyada çox peşəkar komanda işləyir" - RƏYLƏR - FOTO"İctimai Televiziya efir siyasəti ən uğurlu şəkildə təşkil edilmiş televiziyalarımızdan biridir. Eyni zamanda status və missiya etibarilə də teleməkanımızın digər iştirakçılarından fərqlənir".

Bunu "Qaynarinfo"ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın fikrincə, İctimai Televiziyanın statusu bir qədər fərqlidir:

"Belə olan halda mövcud imkanlar və fərqli statusla həm efir rəngarəngliyini artırmaq, həm də məhdudlaşdırmaq olar. İctimai Televiziya isə bu imkanları birincinin lehinə həll edə bilir. Yəni ictimai maraq kəsb edən bütün mövzuları efirə daşıya bilir. Problemləri aktuallaşdıraraq ictimai diqqətə və hətta o problemləri həll etməli olan qurumların diqqətinə də çatdırmağı bacarır.
"İctimai Televiziyada çox peşəkar komanda işləyir" - RƏYLƏR - FOTOEfir rəngarəngliyini xaotik yox, nizamlı şəkildə kombinasiya edir, yəni mövzuları uyğun sahələr üzrə ümumiləşdirərək təqdim edir. Məsələn, ümumi gündəlik və məişət mövzularını bir verilişdə, mühüm hadisələri başqa bir verilişdə, xarici siyasətlə bağlı məsələləri ayrı bir müstəvidə, iqtisadi mövzuları tamamilə ayrı profildə və s. təqdim edir. Bu isə verilişləri maraqlı etməklə bərabər, həm də peşəkar mövqedən şərh etməyə imkan verir. Sosial qruplar və yaş qrupları üzrə də ictimai maraq dairələri uğurla müəyyənləşdirilir. Uşaqlar, gənclər, musiqisevərlər, intellektuallar və s. kimi maraq dairəsi fərqli olan qrupların efir zövqünə və tələbatına uyğun formada verilişlər təşkil edir ki, bu da İctimai Televiziyanın efirini xeyli dərəcədə populyarlaşdırır. Operativlik və səhihlik isə İctimai Televiziyanın ayrıca mühüm xüsusiyyətlərindən biridir".

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, İctimai Televiziyada çox peşəkar komanda işləyir:
"İctimai Televiziyada çox peşəkar komanda işləyir" - RƏYLƏR - FOTO"Mən çox televiziyalara dəvət alıram, biri də İctimai Televiziyadır. Təəssüflər olsun ki, işlərin çoxluğundan hər dəfə onların dəvətini qəbul edə bilmirəm. İTV-nin fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, orada çox peşəkar komanda işləyir. Məhz bu üzdən onlarla münasibətim var. Baxıram ki, baxışlar çoxdur, münasibət çox açıqdır, heç bir senzura yoxdur, açıq şəkildə efirdə nə istəyirsən danışırsan. Müstəqil şəxs kimi bəzi fikirləri həmin kanalın efirində səsləndirirəm, hansı ki, bu və ya digər şəkildə bəlkə də hökumət tərəfindən dəstəklənmir. Mən İctimai Televiziyada nöqsan görmürəm".

Milli Məclisin deputatı Vüqar Bayramov da İctimai Televiziyanın fəaliyyətini müsbət qiymətləndirir:

"Uzun müddət mətbuatla əməkdaşlıq edən bir iqtisadçı kimi qeyd etmək istəyərdim ki, İctimai Televiziyanın fəaliyyəti son illər daha da təkmilləşir. İTV məsələlərə qərəzsiz, obyektiv və müstəqil yanaşmağa çalışır. Xüsusən də mətbuat üçün vacib olan prinsipləri qoruyub, İctimai Televiziyanın əsas məqsədi məlumatların ictimaiyyətə obyektiv şəkildə çatdırılması və eyni zamanda ölkədə aparılan islahatlar, həyata keçirilən tədbirlərlə bağlı vətəndaşların mütəmadi məlumatlandırılmasına nail olmaqdan ibarətdir. Verilişləri və xüsusən də ictimai-siyasi verilişləri qiymətləndirsək, burada peşəkarlığın yüksək olmasını önə çəkmək lazımdır. Etiraf etmək lazımdır ki, bu gün əksər peşəkar verilişlər İctimai Televiziyada ərsəyə gəlir və yayımlanır. İTV məsələlərə çox obyektiv, həm də çevik reaksiya verməyə çalışır.
"İctimai Televiziyada çox peşəkar komanda işləyir" - RƏYLƏR - FOTOSon illər aparılan islahatlar və o cümlədən iqtisadi məsələlərin təhlilində kifayət qədər obyektiv və müstəqil mövqe nümayiş etdirməsi müsbət haldır. Təbii ki, islahatlar İctimai Televiziyanın fəaliyyətini daha da təkmiləşdirməsinə gətirib çıxaracaq. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, son illər İctimai Televiziyanın fəaliyyətinin təkmilləşdirilməsi həm də onun tamaşaçı auditoriyasının genişlənməsinə, eyni zamanda sosial şəbəkələr vasitəsi ilə daha çox insanlara yetişməsinə gətirib çıxarıb. Bu kontekstdən əminəm ki, növbəti dövrlərdə İTV fəaliyyətini daha da təkmilləşdirib, daha geniş auditoriyaya malik olmaqla onu qoruyub saxlaya biləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1106   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr