Deputat: "Qarabağın əbədi sakinlərinin "Böyük Qayıdışı" reallaşmaq üzrədir" - VİDEO

Deputat: "Qarabağın əbədi sakinlərinin "Böyük Qayıdışı" reallaşmaq üzrədir" - VİDEO"Yola saldığımız 2021-ci il tariximizdə əbədi qalacaq əlamətdar hadisələrlə zəngin oldu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2021-ci il Azərbaycanımız üçün mühüm iqtisadi, siyasi və diplomatik uğurlarla yadda qaldı. Ölkəmiz Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda qarşıya qoyulan hədəflərə nail oldu. Azərbaycan yalnız hərbi deyil, diplomatiya və informasiya sahəsində də üstünlüyünü bütün dünyaya nümayiş etdirdi".

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Emin Hacıyev deyib.

39 yaşlı deputat dünya azərbaycanlılarına səslənib. O bildirib ki, Qarabağın dirçəldilməsi üçün ümumi səfərbərliyimiz milli birlik və həmrəyliyimizi daha da gücləndirəcək:

"Bu gün biz azad Qarabağda, Zəngəzurdayıq. İşğaldan azad olunmuş ərazilərimizi sürətli şəkildə bərpa edir, yenidən qururuq. Zəfər yolumuz olan Füzuli-Şuşa yolu istifadəyə verilib, çoxsaylı yol infrastrukturu, nəqliyyat layihələri icra olunur, Qarabağın qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Ərazidə elektrik stansiyaları qurulur, su xətləri bərpa olunur, ən yüksək standartlara uyğun yaşayış massivləri salınır. Bir sözlə, Qarabağın əbədi sakinlərinin "Böyük Qayıdışı" reallaşmaq üzrədir.

Azərbaycan eyni zamanda dövlət sərhədlərini möhkəmləndirir, təhlükəsizliyini daha da gücləndirir. İşğaldan azad olunan ərazilərimizdə hərbi hissələrimiz yaradılır. Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması, ərazidə Komando briqadasının fəaliyyəti Müzəffər Ordumuzun istənilən təxribatın qarşısını almağa hər an hazır olduğunu göstərir. Cənab Prezident İlham Əliyev hərbi hissənin açılışındakı nitqində də bildirdi: "Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz". Müzəffər Ali Baş Komandanın bu mesajları aydın və birmənalıdır. Məlumdur ki, bu gün Ermənistanda müəyyən dairələr revanşist fikirlərlə gündəmə gəlməyə çalışır. Lakin bu qüvvələr 44 günlük Vətən müharibəsindən dərs çıxarmalıdır. İkinci Qarabağ müharibəsi göstərdi ki, Ermənistan ordusu sadəcə mifdir. Müzəffər Ordumuz Ermənistan ordusunu tamamilə darmadağın etməklə, bunu sübuta yetirdi.

Artıq bölgədə yeni reallıqlar yaranıb. Bu reallıqların müəllifi güclü, qüdrətli Azərbaycandır! Ermənistan və uzun illər ona dəstək verən dövlətlər, beynəlxalq təşkilatlar bu reallıqları qəbul edir. 2021-ci ilin yanvarında Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva, noyabr ayında Soçi görüşləri, dekabr ayında isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü son bir ildə tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyini göstərdi. Azərbaycanın digər rayonlarını Naxçıvanla birləşdirən avtomobil və dəmir yollarının açılması ilə bağlı razılığın əldə olunması tarixi Zəngəzur dəhlizini reallığa çevirir. Yaxın aylarda sərhədlərin delimitasiyası üzrə birgə Komissiyanın formalaşacağı isə müsbət nəticələrdən xəbər verir. Bu gün Azərbaycan iqtisadi əlaqələrin qurulması, kommunikasiyaların açılması, regionda yeni əməkdaşlıq formatlarının yaradılmasını dəstəkləməklə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə çalışır. Bu mənada "3+3" formatında platformanın yaradılması regional səviyyədə münasibətlərin inkişafına mühüm töhfə vəd edir.

Ümumilikdə, 2021-ci ildə Azərbaycan milli maraqlara əsaslanaraq öz xarici siyasətini uğurla həyata keçirib. Bu ilin zəngin siyasi hadisələri göstərir ki, qarşıdan gələn 2022-ci il Cənubi Qafqazda sülhün bərqərar olunmasında mühüm il olacaq. Biz Müzəffər Ali Baş Komandanımızın, Şanlı Ordumuzun, qəhrəman Şəhidlərimiz və Qazilərimizin sayəsində daha bir ilə Qalib Xalq və Qalib Dövlət olaraq qədəm qoyuruq. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar və uğurlarla qeyd edir, bundan qürur duyuruq. Fürsətddən istifadə edib, bütün həmvətənlərimizi, dünya azərbaycanlılarını Qarabağlı və Şərqi Zəngəzurlu 2022-ci il münasibətilə təbrik edirəm. Həmçinin xaricdə yaşayan soydaşlarımızı, iş adamlarını işğaldan azad olunan ərazilərimizin bərpa və quruculuğu prosesində fəal iştirak etməyə, investisiya yatırımları ilə Qarabağın cənnətə çevirilməsinə öz töhfələrini verməyə səsləyirəm. Əminəm ki, 44 günlük Vətən müharibəsində olduğu kimi Qarabağın dirçəldilməsi üçün ümumi səfərbərliyimiz milli birlik və həmrəyliyimizi daha da gücləndirəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 933   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021