Qlobal bazarlarda son bir ildə taxıl və ərzaq qiymətləri sürətlə artır

Qlobal bazarlarda son bir ildə taxıl və ərzaq qiymətləri sürətlə artırBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2021-ci il 8 dekabr tarixli hesabatı və və "TradingEconomics platforması"nın məlumat bazasına əsasən dünyada əsas ərzaq və istehlak məhsullarının qiymətləri artıb.

Dünyada taxıl məhsullarının qiymətlərində cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 3,1 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,2 faiz artım müşahidə olunur.

Təklif qıtlığı şəraitində tələbin kəskin artması buğda qiymətlərinin dünya bazarında kəskin olaraq davamlı artmasına və dünya bazarında buğdanın qiymətinin 2011-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatmasına səbəb olub.

Ekspertlər taxıl və buğdanın qiymət artımındakı səbəblərin müxtəlif olduğunu bildirirlər. Əsas amillərdən biri son illər hökm sürən qlobal istliləşmənin yaratdığı quraqlıq göstərilir.Quraqlıq hökm sürməsi taxıl məhsullarının istehsalında kəskin azalmaya gətirib çıxarıb. Dünya bazarlarında taxılın qıtlığı taxıl istehsalçılarının təklif etdikləri məhsulların qiymətlərinin artmasına və dünya bazarlarına daha az miqdarda taxılın ixracına səbəb olub.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi son bir neçə ilin quraqlıq səbəbi ilə kənd təsərrüfatı istehsalçıları üçün əlverişsiz olduğunu bildirib. ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində Avstraliyada meşə yanğınlarının buğda tarlalarına ziyan vurduğunu və bu il olduğu kimi 2022-ci ildə də buğda ixracının 17 faiz azalacağını gözləyir.

Dünya bazarında qiymət artımı təkcə taxıl və buğda ilə də yekunlaşmır. Qlobal bazarlarda süd məhsullarının qiymətləri cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 3,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 19,1 faiz artıb. Tərəvəz yağlarının qiymətlərində qlobal bazarlarda oktyabr ayında rekord qiymət artımı müşahidə olunmuş, lakin noyabr ayında qiymət üzrə cüzi (0,2 faiz) azalma baş verib.Dünya bazarında ət məhsullarının qiymətləri cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,9 faiz azalsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz yüksəkdir.

Trend-ə açıqlaması zamanı iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, dünya bazarında taxıl, ərzaq və istehlak məhsullarının artmasının üç mühüm fundamental səbəbi var.
"Dünya bazarında taxıl, ərzaq və istehlak mallarının təklifi azalıb. İstehsalın azalması xüsusən də dünya bazarına çıxarılan məhsulların həcminin azalmsına gətirib çıxarır və nəticədə 2021-ci ildə taxıl, ərzaq və istehlak məhsullarını ixrac edən ölkələr öz məhsullarını əvvəlki illə müqayisədə dünya bazarına daha az çıxardılar. Digər səbəb pandemiya nəticəsində yaranan xərc idi. Burada bir tərəfdən xüsusən sərt karantin tədbirlərinin tətbiq olunduğu 2020-ci ildə şirkətlərin böyük bir qisminin fəaliyyətini məhdudlaşdırması və ya bir qisminin işləməməsi onlar üçün əlavə xərc yaratdı. Çünki bütün hallarda bu malları istehsal edən şirkətlərin bəlli bir xərcləri var", - deyə o qeyd edib.

V.Bayramov həmçinin bildirib ki, pandemiya səbəbindən logistik və nəqliyyat xidmətlərinin bahalaşması müşahidə olunur.

"Bu da təbii ki bazara çıxarılan məhsulların qiymətinin artmasına səbəb oldu. Xüsusəndə bazara çıxarılan məhsulların nəqliyyat xərclərinin daha çox artmasını müşahidə etdik ki bu da maya dəyərinə təsir göstərən əsas səbəblərdən birinə çevrildi", - deyə o qeyd edib.

Qeyd edək ki, ümumilikdə ekspertlərin fikrincə dünyada 2022-ci post pandmeiya dövrü kimi yadda qalacaq və taxıl, ərzaq və digər zəruri məhsullara artan tələbat və istehsalın azalması fonunda qiymətlərin artması qaçınılmazdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1144   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr