Böyük uğurlar ili: Diplomatiyamız - gələcəyə açılan qapılardır - TƏHLİL

Böyük uğurlar ili: Diplomatiyamız - gələcəyə açılan qapılardır - TƏHLİLAzərbaycan 2021-ci ili 2020-ci ildə qazanılan qələbənin nəticələrinin praktik addımlarla möhkəmləndirilməsinə, özünün siyasi, iqtisadi və hərbi gücünün daha da artırılmasına həsr edib.

Bu barədə Kaspi qəzeti məqalə dərc edib.

Beynəlxalq münasibətlər sistemində regional və qlobal miqyasda uğurlu layihələrə imza atan, 30 illik işğala yalnız öz hərbi gücü ilə son qoyan, ərazi bütövlüyünü təmin edən Azərbaycan yola saldığımız 2021-ci ili sabitlik şəraitində yaşayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində cari ildə də mühüm ictimai, siyasi, iqtisadi və sosial uğurlar qazanılıb.
Böyük uğurlar ili: Diplomatiyamız - gələcəyə açılan qapılardır - TƏHLİLÖtən bir ilə nəzər saldıqda daha qabarıq görünən hadisə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanatın tələblərinin 2021-ci ildə həyata keçirilməsi məqsədilə atdıqları addımlardır. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan dövlət başçısı İlham Əliyevin yanvarın 11-də Moskvaya, noyabrın 26-da Soçiyə işgüzar səfərlərini xatırlaya bilərik. Kremldə və Soçidə prezidentlər İlham Əliyev, Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşlər keçirilib. Birinci görüşün nəticəsi olaraq, bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzalanıb.
Böyük uğurlar ili: Diplomatiyamız - gələcəyə açılan qapılardır - TƏHLİLPrezident İlham Əliyevin təbirincə desək, bu Bəyanat çox böyük perspektivlər açır. Bəyanatda qeyd olunanların bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması, nəzərdə tutulan layihələrin reallaşması sayəsində ölkəmiz 30 ildən artıq müddətdən sonra Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanı qazanır. Azərbaycan Naxçıvan ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edir.
Böyük uğurlar ili: Diplomatiyamız - gələcəyə açılan qapılardır - TƏHLİLRegionda vəziyyətin yaxşılaşması, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülən və görüləcək işlər cari ildə Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin bilavasitə nəzarətində olub. Yola saldığımız ilin ən önəmli hadisələri sırasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş ərazilərə səfərlərini, iki dövlət arasında müttəfiqliyin tamamilə yeni mərhələyə qədəm qoymasını göstərmək olar.

İyunun 15-də Şuşaya gələn Türkiyə dövlət başçısı Azərbaycanın mədəniyyət paytaxtında keçirilən mərasimdə iştirak edib. Ardınca prezidentlər təkbətək görüşüb və "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar. Oktyabrın 26-da isə Füzuliyə gələn Türkiyənin dövlət başçısı Azərbaycan Prezidenti ilə birlikdə Qarabağın giriş qapısının - Füzuli Beynəlxalq Hava Limanının açılışını edib, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyub.
Böyük uğurlar ili: Diplomatiyamız - gələcəyə açılan qapılardır - TƏHLİLXatırladaq ki, Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin - Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri də əksini tapıb.

Prezident İlham Əliyev bunu tarixi nailiyyət kimi xarakterizə edib:

"Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır".
Böyük uğurlar ili: Diplomatiyamız - gələcəyə açılan qapılardır - TƏHLİLRegional təhlükəsizlikdən, bölgədə əməkdaşlıq mühitindən danışarkən Azərbaycan-İran münasibətlərindən danışmamaq qeyri-mümkündür. Vətən Müharibəsindən sonra bəzi Tehran rəsmilərinin Azərbaycan ünvanına həqiqətə uyğun olmayan, reallıqdan uzaq fikirlər səsləndirməsi ölkələrarası münasibətlərdə "sərinlik" yaratsa da, sonradan bu məsələ müsbət sonluqla bitib.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentlərinin görüşü olub. İran Prezidenti Seyid İbrahim Rəisi Tehran rəsmilərinin azərbaycanlı həmkarları ilə apardıqları danışıqların, müzakirələrin ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcəyini, irəliyə aparacağını və əlaqələrimizi möhkəmləndirəcəyini bəyan edib. Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini bildirən İran Prezidenti "Buyurun, biz Sizin xidmətinizdəyik", - deyə fikrinə yekun vurub.

Prezidentlər söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb. Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanıb.
Böyük uğurlar ili: Diplomatiyamız - gələcəyə açılan qapılardır - TƏHLİLƏn nəhayət, dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitini də Azərbaycan üçün uğurlu hadisə hesab edə bilərik. Brüsseldə istər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, istərsə də Fransa prezidenti Emmanuel Makronla Azərbaycan dövlət başçısı və Ermənistan baş naziri arasında keçirilən üçtərəfli görüşlərdə avropalılar Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək nümayiş etdiriblər.

NATO-nun Şimali Atlantika Şurasının Brüsseldə keçirilən iclasında bu hərbi ittifaqa üzv dövlətlər tərəfindən də ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. Bu mövqe NATO-nun Sammitə dair sənədlərində təsbit olunub. Bununla Azərbaycan yola saldığımız 2021-ci ildə Ermənistan üzərində hərbi zəfərini qoruyub saxlamaqla bərabər, siyasi, diplomatik cəbhədə davamlı qələbələr qazanıb, müttəfiqləri ilə əlaqələrini möhkəmləndirib. Azərbaycan beynəlxalq birliyin layiqli üzvü kimi müstəqil siyasət aparan, milli-dövlətçilik maraqlarını prinsipiallıqla qoruyan ölkə olduğunu nümayiş etdirib./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1165   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr