Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il "Bakını xilas edəcək"

Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il "Bakını xilas edəcək"Milli Məclisin payız sessiyasının ötən gün keçirilən sonuncu plenar iclasında çıxış edən deputatlarımızdan biri də Fazil Mustafa oldu. Fazil bəy ənənəvi olaraq çıxışında ölkə gündəmi üçün "həyati vacib" hesab etdiyi məqamlara toxunmağa çalışıb. Açığı, hörmətli deputatın toxunduğu mövzuların nə dərəcədə vacib olması, ümumiyyətlə vacib olub-olmaması belə böyük sual doğurur.

Fazil bəyin fəaliyyəti ilə maraqlananlar əksər hallarda parlament tribunasında "gözlənilməz" mövzulardan çıxış etdiyinin şahidi ola bilərlər. Yəni, Fazil bəy üçün gündəmin və aktuallığın adətən önəmi olmur, həmin an dəxli oldu-olmadı ürəyi istəyən mövzunu ürəyi istəyən şəkildə şərh edə bilmək kimi məziyyətlərə sahibdir.
Əslində, parlament kürsüsündə deputatın "çoxşaxəli" fəaliyyəti kənardan təqdirəlayiq hadisə kimi görünə bilər. Ancaq necə deyərlər bunun da bir əmması var…

İlk növbədə parlamentin tribunası sadəcə söz demək, görüntü xatirinə çıxışlar üçün səhnəyə çevrilməməlidir. Çünki bu zaman sözügedən "çoxşaxəli" fəaliyyət, anlamsız söz yığınından başqa bir şey ola bilməz.

İkinci məqam isə çıxışın xalqın, yəni deputatı həmin kürsüyə layiq bilən seçicinin maraqlarını təmin etməsidir. Əgər deputatın şəxsi (birbaşa və ya dolayısı), yaxud başqa maraqları, xalqın, seçicilərin maraqlarının önünə keçirsə, deməyə söz qalmır…

Fazil Mustafa parlamentdəki son çıxışında sadalanan qüsurlardan ilkinə həyrətamiz şəkildə yol verməyib. Yəni mövzu seçimində problem yoxdur. Bakıdakı tıxaclar bütün vətəndaşların yaralı yeridir.

Ancaq gəlin çıxışda səsləndirilən fikirlərə baxaq, ondan sonra qiymətləndirməyə çalışaq:

"Məmurun işi səhər saat 9-da başlayırsa, o, saat 7-dən yola çıxır. Biz bu istiqamətdə düşünməliyik. Gələn ili "Bakı şəhərinin xilası ili" kimi qeyd etməliyik. Necə edək ki, insanlar tıxacda vaxt itirməsinlər, insanlara yol xəritəsi təqdim olunsun".

İnsafən deyək ki, Fazil bəy bu çıxışın əvvəlində sadə vətəndaşları da yaddan çıxarmayıb, insanların gün ərzində 2-4 saat tıxacda qaldığını vurğulayıb. Ancaq nədənsə, sonradan məmurlar kontekstində problemi "daha ağrılı" şərh edib.

Hər halda Fazil Mustafanın dediyi saat 9-da iş başında olan və ya ən azından buna cəhd edən məmurların harada çalışması çıxışdan daha çox maraq doğurur. Çünki elə ölkəmizdə problemli məsələlərdən biri də məmurların bəzən iş başında tapılmamasıdır. Bunu vətəndaşların şikayətlərində də müşahidə etmək olar.

Görünür, hörmətli deputatımız şəxsən bu problemi kökünə qədər araşdırıb və belə qənaətə gəlib ki, həmin vaxt məmurlarımız tıxacda olublar. Bundan sonra isə məmurların vaxtında iş başında olub xalqın müraciətlərinə cavab verməsi üçün tıxacların aradan qaldırılmalı olduğu fikrini səsləndirmək qərarına gəlib. Belə olan halda Fazil bəyə böyük bir təşəkkür düşür. Vətəndaşlarımıza isə müjdə verək ki, bir işi həll etmək üçün yerində tapılmayan məmurlarımızı tıxaclarda axtarsınlar. Elə yaxşı olar ki, işlərini tıxac vaxtı həll etsinlər, çünki axtardıqları, günlərlə qəbuluna düşə bilmədikləri məmurlar da elə həmin tıxaclarda imiş…

Bir məqamı da qeyd etmək yerinə düşər. Fazil Mustafanın deputat karyerası təxminən 20 ilə yaxın müddəti əhatə edir. Bu müddətdə isə Bakının tıxac problemi hər zaman mövcud olub. Demək Fazil bəy bu müddətdə problemin həllini məqsədəuyğun bilməyib. "Bakının xilası" üçün hədəf kimi isə məhz gələn ili göstərib.

Nə edək? Minə dözən, min birə də dözər. Ən azından, sağ olsun, Fazil bəy 20 ildən sonra bu problemin həllinə nəzər yetirib, tıxac problemini düşünüb. Düşünmədiyi bir şey var ki, onu da xatırlatmaq lazımdır. Bu 20 ildə sözügedən problem gündəlikdə, Fazil Mustafa da parlamentdə həmişə olub. Yəqin ki, bu günə qədər həllini tapmayan problemdə Fazil bəyi də günahlandırsaq, haqsızlıq etmiş olmarıq. Axı o, parlament kürsüsündə bizi təmsil edir…

Əgər deputatımıza hər problemin həllinə təşəbbüs göstərmək üçün bu qədər vaxt tələb olunsa, "Bakının xilasına" kim bilir nə qədər qalıb… Eybi yox, Bakı da, vətəndaşlar da bir qədər gözləyər, əsas odur Fazil Mustafanın narahat olduğu məmurlar tıxacda qalmasın. Heç olmasa, biz tapmasaq da, Fazil bəy rahatlıq tapsın…/oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1720   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr