Vergi orqanında uçotda olmayan vətəndaşlara bildirişlərin gəlməsi nə ilə bağlıdır?

Vergi orqanında uçotda olmayan vətəndaşlara bildirişlərin gəlməsi nə ilə bağlıdır?Son günlər heç nədən xəbəri olmayan sadə vətəndaşa vergi orqanında vergiödəyicisi kimi uçota alınması barədə bildiriş gəlir. Ona eyni zamanda vergi öhdəliyinin olduğu bildirilir ki, bu da təbii olaraq vətəndaşları narahat edir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən vergi məsələləri üzrə mütəxəssis İlqar Əsədovun sözlərinə görə, bütün bu kimi əməliyyatlar əslində qeyri-qanuni əməllərin və bu cür əməllərə yaradılan münbit şəraitin son nəticəsi olaraq ortaya çıxır: "Təəssüf ki, vergi qanunvericiliyinin bir sıra sadələşdirilmiş vergitutma sxemlərindən vergiödəyiciləri vergidən yayınma sxemi kimi istifadə edirlər. Bu cür sxemlərdən biri əlvan və qara metal qırıntılarının faktiki olaraq başqa şəxslərdən alınıb sadə vətəndaşların adına rəsmiləşdirilməsidir. Sıravi vətəndaşlar onların adına bu cür rəsmiləşdirilmələrə razılıq verməməlidir, əks halda, birmənalı şəkildə vergi uçotuna alınmalı və vergi ödəməli olacaqlar".

Metal və ya metaldan hazırlanmış məhsulların istehsalı sahəsində buna bənzər hallar olduqca geniş vüsət alıb. Bu məsələ indiyədək aktual olaraq qalmaqdadır. Təsadüfi deyil ki, vergi orqanları tərəfindən 2021-ci ildə bu sektorda çalışan istehsalat müəssisələrində ciddi nəzarət tədbirləri həyata keçirilib.

İ.Əsədov qeyd edib ki, iri istehsalat müəssisələri vergiödəyicisi kimi uçotda olmayan şəxslərə müəyyən razılaşdırılmış məbləğ ödəməklə və ya onlara mənfəət təqdim etməklə əlvan və qara metal qırıntılarını onların adlarına rəsmiləşdirir və dövlətə sadəcə Vergi Məcəlləsi ilə müəyyən edilmiş 2 faiz dərəcəsində vergi ödəməklə həm vergilərdən, həm vergi uçotuna alınmaqdan, həm də qanuni olmayan yollarla aldığı mallara görə maliyyə sanksiyasına məruz qalmaq riskindən özlərini azad edirlər.

Vergi mütəxəssisi onu da vurğulayıb ki, vergi orqanları haqlı olaraq bu cür vergidən yayınma sxemləri aşkar etdikdə əməliyyatların faktiki iqtisadi göstəricisini və ağlabatanlıq prinsipini əsas götürərək vergilərin bərpa edilməsi istiqamətində tədbirlər görürlər: "Bir sıra hallarda mühasiblər, sahibkarlar və əlaqədar şəxslərin bu məsələ ilə bağlı etirazlarını görürük. Onlar fikirlərində əsas etibarilə əlvan və qara metal qırıntılarının təqdim edilməsində sahibkarlıq fəaliyyəti hesab olunacaq həddin müəyyən edilməməsini arqument kimi gətirirlər. Lakin unutmaq olmaz ki, vergi qanunvericiliyi mahiyyət və ağlabatanlıq prinsipləri ilə vəhdət şəkildə formalaşıb. Hansısa həddin qanunla müəyyən edilməməsi vergiödəyicilərinə, ələlxüsus da qanunun bu hissəsindən vergidən yayınma sxemi kimi istifadə edən şəxslərə sanki qanun çərçivəsində hansısa əməliyyatları rəsmiləşdirmək və faktiki qeyri-qanuni hərəkətlər etmək hüququ vermir".
Lakin vergi orqanları vergini dövlət büdcəsinə bərpa edərkən Vergi Məcəlləsinə və Konstitusiyaya əsaslanan heç bir şəxs əldə etdiyi gəlirə görə eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur oluna bilməz prinsipini rəhbər tutmalıdırlar.

2022-ci ildən qüvvəyə minməsi gözlənilən Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərdə Məcəllənin 101.6-cı maddəsi ilə müəyyən edilmiş 2 faizlik dərəcənin 5 faizə qaldırılması da yer alıb. Böyük ehtimalla bu təklifin qəbul ediləcəyini və belə mübahisəli halların sayının azalacağı güman edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1396   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr