Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA
"Təəssüflər olsun ki, məktəblilər arasında da narkotik və ya ona bərabər olan vasitələrdən istifadə edənlər var. Buna görə ciddi şəkildə narahat olmaq lazımdır".
Sonxeber.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 15 yaşında narkoman olan Rafiqin orta məktəblərin ayaqyolusunda xadimələrin şpris, falqa, iynələr tapması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.
Onun sözlərinə görə bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır:
"Birinci məktəb direktorları aktiv iştirak etməlidirlər. Bu kimi baş verən hadisələr direktorların səhlənkarlığı ucbatından baş verir. Düşünürəm ki, orta məktəblərin girişlərində təhsil müəssisələrinə daxil olanların, məktəbin həyətində, yaxınlığında şagirdlərlə təmasda olanların izlənməsi üçün kameralar quraşdırılmalıdır. Aidiyyəti dövlət qurumlarının hesabatlarına baxanda görürük ki, son vaxtlar ölkədə narkotik vasitələrin istifadəçilərinin yaşında azalma müşahidə olunmaqdadır. Təhsil sistemində belə bir yanlış düşüncə var ki, orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin aparılması hüquq-mühafizə orqanlarının işidir. Bu, çox dar və cılız düşüncədir. Bu bəlaya qarşı hamı mübarizə aparmalıdır, başda da orta məktəblər. Düzdür, hazırda orta məktəblərə izləyici kameraların quraşdırılması məktəb direktorunun keçirilən dərsləri izləməsi, məktəbə ümumi nəzarət etmək üçün işləyir. Amma məktəb yaşlı uşaqları bu bəladan qorumaq təhsil işçilərinin vəzifəsidir. Çünki uşaqlar məktəbdə, onun ərazisində bu bəlaya düçar olurlar".
Kamran Əsədov bildirib ki, orta məktəblərdə şagirdlərə narkotik maddələrin istifadəsinin hansı bəlalara yol açdığı barədə maarifləndirici tədbirlər keçirilməlidir:
"Amma bu hansısa QHT-nin pul yumaq oyunu kimi həyata keçirilməməlidir. Çünki şagirdin gününün 5-6 saatı məktəbdə keçir. Bu müddət ərzində demək olar ki, onlar nəzarətsiz qalırlar. Məktəb rəhbərliyi mütəmadi olaraq məktəbliləri narkomaniyanın necə bəla olduğu barədə məlumatlandırmalıdır ki, onlar narkotik alverçilərinin toruna düşməsinlər. Amma bir çox direktorun başı pul yığmağa qarışdığı üçün bu ciddi məsələyə vaxt ayırmır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3137 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrQərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say
24 oktyabrAvtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabrBu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
25 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabr