Pandemiya ərzaqlıq buğdanın qiymətinin artımına səbəb olub

Pandemiya ərzaqlıq buğdanın qiymətinin artımına səbəb olubDünya iqtisadiyyatında COVID-19 pandemiyası ilə bağlı yaranan qeyri-müəyyənliklər, təchizat zəncirlərinə mütəmadi təzyiqlərin olması, bir sıra iqlim dəyişikliklərinin baş verməsi, logistika xərclərinin çoxalması bir sıra ərzaq məhsullarının, o cümlədən ərzaqlıq buğdanın qiymətlərində artımın yaranmasına səbəb olur.

Sonxeber.az Report-a istinadən dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində müşahidə olunan davamlı artıma təsir edən əsas amilləri diqqətə çatdırır.

Təbii ki, son illər qiymət artımı kimi mənfi tendensiyaların yaranma səbəblərindən danışarkən ilk öncə COVID-19 pandemiyasının dünya iqtisadiyyatında yaratdığı qeyri-müəyyənlikləri qeyd etmək lazımdır. Bununla yanaşı, müəyyən ekoloji faktorlar, yükdaşıma xərclərinin artması da qiymət artımına təsir edən amillərdəndir.

Digər tərəfdən əsas ixracatçı ölkələrdən olan Rusiyada ötən ilin fevralından başlayaraq ixrac tariflərinin tətbiq edilməsi ərzaqlıq buğdanın daha baha qiymətlə tədarük olunmasına gətirib çıxarır. Belə ki, keçən ilin dekabrında Rusiyada 1 ton ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 dollar olub və bu, 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin dekabrı ilə müqayisədə isə 33,1 faiz çoxdur.

Eyni zamanda, Dünya Bankının məlumatına əsasən, 2021-ci ilin noyabr ayında ərzaqlıq buğdanın 1 tonunun qiyməti 334 ABŞ dolları olub ki, bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 49,8 faiz, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 35,2 faiz yüksəkdir.

Azərbaycana ərzaqlıq buğdanın əsasən Rusiyadan idxal edilməsi və bu ölkədə baş verən qiymət artımı ölkəmizə də təsirsiz ötüşmür. Lakin ərzaqlıq buğdanın qiymətində baş verən artımın Azərbaycanda neqativ təsirlərini minimuma endirmək üçün dövlət tərəfindən bir sıra mühüm tədbirlər görülüb. 2020-ci ilin martından başlayaraq 12 ay ərzində ərzaqlıq buğdanın ölkə üzrə ehtiyatlarının yaradılması məqsədilə ərzaqlıq buğda təchizatçılarına ayrılmış 58,2 milyon manat kreditlər üzrə hesablanmış faizlərə 6,2 milyon manat subsidiya ayrılıb. Ərzaqlıq buğda təchizatçılarına hesablanan faizlərə subsidiya verilməsi müddətinin 12 aydan 24 ayadək uzadılması və qeyd edilən dövr üçün kreditlər üzrə hesablanmış faizlərə əlavə 7,3 milyon manat maliyyələşmə ayrılmasının planlaşdırılması da dövlət tərəfindən görülən tədbirlərə bariz nümunədir.

Həmçinin qiymət artımının qarşısını almaq məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 2024-cü ilin yanvarın 1-dək uzadılıb, ərzaqlıq buğda və un ixracının qarşısının alınması üçün bu il mayın 1-dək un və ərzaqlıq buğdanın ixracına 1 ton üçün 200 ABŞ dolları rüsum müəyyən edilib. Ötən il fevralın 1-dən sentyabrın 1-dək olan dövrdə un istehsalçılarına satılan unun hər tonuna görə 35 manat məbləğində, sentyabrın 1-dən dekabrın 31-dək olan dövr üçün idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq idxal qiyməti əsasında yeni mexanizmlə hesablanmaqla subsidiya ödənilib. Bu müddət ərzində 37 sahibkarlıq subyektindən 333 müraciət daxil olub və 2021-ci il fevralın 1-dən noyabrın 1-dək un istehsalçılarına subsidiya şəklində 35,7 milyon manat vəsait ödənilib. İlin sonunadək əlavə olaraq 39 milyon manatadək vəsaitin ödənilməsi də proqnozlaşdırılır.

Ərzaqlıq buğdanın hazırkı idxal qiymətini (Rusiya Federasiyasında ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 ABŞ dolları) nəzərə alaraq daxili bazar qiymətləri belə proqnozlaşdırılıb: 50 kiloqramlıq 1 kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik nəzərdə tutulur. Bu rəqəmləri yaxın coğrafi ölkələrdəki un və çörəyin qiymətləri ilə müqayisə etdikdə Azərbaycanda çörəyin qiymətinin daha ucuz olduğuna şahid olarıq. Belə ki, Azərbaycanda 500 qramlıq çörəyin qiyməti 50 qəpik olduğu halda, Gürcüstanda minimum 57 qəpik, maksimum 66 qəpik, Rusiyada 1 manat, Ukraynada minimum 1 manat 26 qəpik, maksimum 1 manat 46 qəpik, Qazaxıstanda minimum 51 qəpik, maksimum 55 qəpik, Ermənistanda isə 81 qəpikdir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1807   Tarix: 04 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021