Rusiya gənc qızı son anda ölümdən xilas edən Kənandan danışır - VİDEO
Rusiyanın Perm şəhərində azərbaycanlı bir şəxs intihar etmək istəyən gənc qızı xilas edib.
"Qafqazinfo" xəbər verir ki, yanvarın 8-i sosial şəbəkələrin Rusiya seqmentində hadisənin videosu yayılıb.
Videoda binanın 16-cı mərtəbəsinin eyvanında bir qızın olduğu və ağladığı görünür. İntihar etmək istəyən qızı görən bir kişi isə onunla danışmağa başlayır. Qız bir müddət orada qaldıqdan sonra canına qəsd etmək fikrindən daşınır.
Rusiya mediası daha sonradan gənc qızı xilas edən şəxsin kimliyi ilə maraqlanıb. Məlum olub ki, həmin şəxs Kənan Ukalayev adlı azərbaycanlıdır. O, 2007-ci ildən Perm şəhərində yaşayır.
Onun sözlərinə görə, gecə saatlarında qardaşı ilə küçədən keçərkən eyvanda qızın əyləşdiyini görüb. O bildirib ki, qızla danışmağa başlayıb: "Ətrafda heç kim yox idi. Heç kim binanın giriş qapısını açmırdı. Biz düşündük ki, artıq heç cür ona kömək edə bilmərik. Daha sonra mən qapını sındırdım və liftlə qızın olduğu mərtəbəyə qalxdım. Qız məni gördü və ağladı. O, mənimlə getdi və bildirdi ki, yolun o biri tərəfində yaşayır və evə tək getmək istəyir. Mən isə adını belə soruşmağı unutdum".
Sosial şəbəkə istifadəçiləri azərbaycanlının bu hərəkətini yüksək qiymətləndiriblər və qeyd ediblər ki, o, qəhrəmancasına davranıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
Saç yuyarkən etdiyiniz bu səhvlər saçları məhv edir