Çörək zavodundakı dəhşətin YENİ TƏFƏRRÜATI: İşə yeni başlamışdı, rəfiqəsi ölümünə səbəb oldu
Bir neçə gün əvvəl ölkə ictimaiyyəti çörək zavodunda fəhlə işləyən qadının faciəli şəkildə ölüm xəbərinə sarsıldı.
Dəhşətli hadisə yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən "İsrafiloğlu" MMC-yə məxsus çörək zavodunda qeydə alınıb. "Nur" çörək zavodu kimi tanınan bu müəssisədə çalışan 50 yaşlı Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Oxu.Az-ın əməkdaşları hadisə baş vermiş zavodda olub və məsələni araşdırmağa cəhd edib, müəyyən təfərrüat öyrənib.
Məlum olub ki, mərhum Mətanət Həsənova çörək zavodunda yeni işçi imiş. O, 5-6 ay imiş ki, bu zavodda işə başlayıbmış.
M.Həsənovanın ölümünə səbəb olan digər xadimə (həmin xanımın adı açıqlanmır) ilə münasibətləri əla olub, onlar rəfiqə imiş. Hətta onlar o qədər yaxın olublar ki, həmişə növbətçilik saatlarında eyni vaxtda çalışmaq istəyirmişlər.
Faciəyə səbəb olan qadın hazırda sarsılmış vəziyyətdədir. Hazırda o, müstəntiq tərəfindən dindirilir.
Hadisə zamanı orada olan və faciəni gözləri ilə görən şəxslərə isə bir neçə gün işə gəlməmək icazəsi verilib. Buna səbəb onların sarsıntı yaşamasıdır.
Xatırladaq ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
Saç yuyarkən etdiyiniz bu səhvlər saçları məhv edir