Qətlə görə həbs olunan milyonçu vəfat etdi
2021-ci ilin oktyabrında qətlə görə ömürlük həbs cəzasına məhkum edilən amerikalı milyonçu Robert Durst 78 yaşında Kaliforniyanın Stokton şəhərindəki xəstəxanada vəfat edib.
Bu barədə onun vəkili Çip Lyuis məlumat yayıb.
Durstun ölümünə ürək dayanması səbəb olub. O, müayinə üçün həbsxanadan aparıldığı San Xoakin xəstəxanasında dünyasını dəyişib.
2021-ci ilin sentyabrında andçılar heyəti üç günlük müzakirədən sonra milyonçunu 2000-ci ildə yaxın tanışı Syuzan Bermanın qətlində təqsirli bilib. O, ömürlük həbs cəzasına məhkum edilib. Daha sonra milyonçu koronavirusa yoluxub və süni nəfəs aparatına qoşulub. Oktyabr ayında Nyu York Ştat Prokurorluğu Darstı həyat yoldaşının qətlində ittiham etib.
Qeyd edək ki, 2015-ci ildə "The Jinx: The Life and Deaths of Robert Durst" sənədli serialının çəkilişləri zamanı o, bilmədən bir neçə qətli etiraf edib. Milyonçu mikrofonu çıxarmadan vanna otağına keçərkən "Yaxşı, bu qədər. Səni tutdular. Nə etdim? Hamısını öldürdüm", -deyə bildirib.
Həmin ilin mart ayında Darst Luiziana ştatının Nyu Orlean şəhərində həbs olunub. Uzun illər ərzində o, Bermanı kimin öldürdüyü barədə "heç bir fikri olmadığını" və birinci arvadının başına nə gəldiyini bilmədiyini deyib.\oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
Saç yuyarkən etdiyiniz bu səhvlər saçları məhv edir